2 sentyabr 2015 00:55

Eltac Səfərli: Reqlament hər bir şahmatçıya irəliləmək imkanı verir

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Eltac Səfərli yarışla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Səfərli Azərbaycan şahmatçılarının turnirdə ölkəmizi layiqincə təmsil edəcəklərini söyləyib:

“Bakıda keçirilən istənilən yarış idmançılarımız üçün yeni sınaqdır. Şahmat üzrə Dünya Kuboku -2015 yarışlarında 128 şahmatçı iştirak edəcək. Onlardan altısı Azərbaycanı təmsil edir. Sözsüz biz bu dəfə daha yaxşı nəticə göstərməyə çalışacayıq. Reqlament hər bir şahmatçıya irəliləmək imkanı verir. Rəqiblər iki dəfə üz-üzə gələcək və qalib gələn növbəti mərhələyə adlayacaq. Artıq ilk mərhələlərdə güclü şahmatçıya rəqib olmuşam. Bu mənada ilk mərhələdən mübarizədə fəal olmalıyam.

Dünya Kuboku yarışlarında favorit adı çəkmək çətindir. Hər bir iştirakçı maksimum sayda qələbə qazanmaq istəyir. Bildiyiniz kimi finalçılar dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Ona görə Dünya Kubokunda heç bir partiya asan olmayacaq. Ən böyük ümidlər yığmamızın liderləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarova yönələcək. Onlar daha təcrübəli olduqları üçün uğur qazanmağa daha çox şansları var. Şahmatçılarımızdan birinin finala qədər irəliləməsini çox istəyərdim.

Bu yaxınlarda Şəhriyar Məmmədyarovla birgə Avstriyada turnirdən qayıtmışıq. Hər zaman olduğu kimi Məmmədyarov Vyanada gözəl oyun sərgilədi. Bakıda da ondan böyük uğur gözləyirik. Ümumiyyətlə Şəhriyar hər zaman təəccübləndirməyi bacaran şahmatçıdır. Heç kim əvvəldən onun çıxışı barədə proqnoz verə bilməz. Şəhriyar dünyanın bir nömrəli şahmatçısına qalib gələ bilər, sonra reytinqə görə 100-cü olan həmkarına uduzar. Yəni, Məmmədyarov fərqli oyun üslubuna malikdir. Bununla belə həm Şəhriyarın, həm də Teymurun Dünya Kubokunda yaxşı çıxış edəcəyinə inanırıq”.

Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku-2015 sentyabrın 10-da start götürəcək. İlk tur sentyabrın 11-də oynanılacaq. Yarış Fairmont otelində keçiriləcək. 

Dünya Kuboku -2015-in mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.