1 sentyabr 2015 16:45

Rauf Məmmədov: Dünya Kuboku şahmatçılarımız üçün böyük şansdır

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Rauf Məmmədov mötəbər yarışla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Məmmədov şahmatçılarımızın yarışda yaxşı nəticə göstərməyə çalışacağını deyib:

“Azərbaycanda keçirilən bütün yarışlar yüksək səviyyədə təşkil olunur. Bu mənada əminəm ki, şahmat üzrə Dünya Kubokunun təşkilatçılığı hamını razı salacaq. Bir neçə gündən sonra Bakıda Dünya Kuboku, gələn il isə şahmat olimpiadası keçiriləcək. Sözsüz, şahmatsevərlər bizdən yaxşı nəticə gözləyir. Buna görə hər birimiz yaxşı nəticə uğrunda mübarizə aparacayıq. 

Azərbaycan Dünya Kubokunda ilk dəfə 6 şahmatçıyla təmsil olunacaq. Bu sayda heç vaxt iştirakçımız olmayıb. Ona görə şahmatçılarımız üçün yaxşı şansdır. Özümüzü yaxşı tərəfdən göstərməliyik. Ümid edirəm nəticə baxımından fərqlənəcəyik. Mənim fikrimcə Dünya Kubokunda favorit olmur. Reqlament hər bir şahmatçıya rahat oynamağa və hətta sürpriz etməyə imkan verir. Dünya Kubokunda iştirak edən 128 şahmatçıdan əksəriyyəti turnirin qalibi olmaq imkanına malikdir. Bu mənada reytinq favoritlər hər zaman proqnozu doğrultmur.

Dünya Kuboku ərəfəsində millimizin kapitanı Aleksandr Xalifmanla təlim-məşqdə iştirak edəcəyik. Püşkə əsasən ilk mərhələlərdə nisbətən güclü rəqiblərlə mübarizə aparacayıq. Bununla belə sona qədər oynamaq fikrindəyəm. 2015-ci ildə klassik şahmatda 80 partiya oynamışam. Dünya Kubokunda da mümkün qədər çox oyun keçirmək niyyətindəyəm. Proqnoz verməyəcəm, amma imkan daxilində irəli getmək istəyirəm. 

Dünya Kuboku yığmamızın liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üçün xüsusi önəm daşıyır. Çünki, finalçılar dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Son illər Azərbaycan bir qayda olaraq iddiaçılar turnirində təmsil olunub. Ümid edirəm yeni mövsüm də belə olacaq”.

Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku-2015 sentyabrın 10-da start götürəcək. İlk turlar sentyabrın 11-də oynanılacaq. Partiyalar Fairmont otelində keçiriləcək. 

Dünya Kuboku -2015-in mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.