19 avqust 2015 11:40

Bakıda mükafat fondu 1 600 000 dollar olan dünya kuboku keçiriləcək

Azərbaycan paytaxtı Bakı növbəti mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, sentyabrın 10-da Bakıda Ümumdünya Şahmat Federasiyasının (FİDE) şahmat üzrə ən vacib yarışlarından biri olan - Dünya Kubokuna start veriləcək.

Oktyabrın 5-nə qədər davam edəcək turnir Fairmont otelində keçiriləcək. 128 şahmatçının mübarizə aparacağı Dünya Kubokunun finalçıları şahmat üzrə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Yarışın bütün görüşləri iki partiyadan ibarət olacaq. Əgər iki görüşdən sonra ümumi hesab bərabər olacaqsa, şahmatçılar qalibi tay-brekdə müəyyənləşdirəcək. Yalnız finalda mübarizə aparacaq şahmatçılar 4 dəfə üz-üzə gələcək. Şahmatçıların ilk 40 gediş üçün 90 dəqiqəsi, oyunun qalan hissəsi üçün 30 dəqiqə və oyunun əvvəlindən hər gedişə əlavə 30 saniyə vaxtları olacaq.

FİDE prezidenti Kirsan İlyumjinov Dünya Kuboku - 2015-in Bakıda keçirilməsini yüksək qiymətləndirərək yarışın Azərbaycanda idmanın bu növünün daha sürətlə inkişafına təkan olacağını bildirib: "Bizi çox sevindirir ki, Azərbaycanda mötəbər şahmat yarışlarının keçirilməsi ənənə halını alıb. Bu gün Bakı, beynəlxalq idman tədbirlərinə mükəmməl təşkilatçılığı ilə bütün dünyada tanınır. Azərbaycan atletlərinin çoxsaylı medallar qazanması ilə yadda qalan və çox böyük uğurla başa çatan Birinci Avropa Oyunları 2015 buna ən parlaq nümunədir! Bu şəhərdə hərarətli şərq qonaqpərvərliyi ilə dinamik biznes mühiti, yüksək səviyyəli infrastruktur obyektləri ilə tarixi abidələr mükəmməl bir ahəngdarlıq təşkil edir.  Şahmatın Azərbaycanın iki min ildən çox tarixə malik olan mədəniyyətində müstəsna rolu olub. ”Satranc” oyunu bu ərazidə 5-ci əsrdən bəri oynanılıb. Bu haqda dahi Nizaminin bir neçə poemasında qeydlər var.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin idmana olan diqqəti sayəsində ölkədə bütün idman növləri inkişafdadır. Özəlliklə şahmata olan marağı xüsusi qeyd etməliyəm. Azərbaycanda olan şahmat ənənələri hamıya məlumdur. Hazırda şahmat idman, təhsil və mədəniyyət istiqamətində hökumət fəaliyyətinin ən çox diqqət ayrılan sahələrindəndir.  Ötən il Azərbaycan paytaxtı FİDE Qran-Pri silsiləsindən olan ilk turniri yüksək səviyyədə təşkil etdi. Bu il isə Bakı şahmat üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Ali şahmat qurumu turnirin yüksək səviyyədə keçiriləcəyinə inanır. Unutmayaq ki, gələn il Azərbaycanı şahmat üzrə ən mötəbər yarışlardan biri olan olimpiada gözləyir. Bütün bu yarışlar dünya şahmat ailəsinin diqqətini Azərbaycan paytaxtına yönəldəcək. Əminliklə söyləyə bilərəm ki, dünyada şahmatın inkişafında Azərbaycan özünəməxsus yer tutur. Mən 2015-ci il Dünya Kubokunun çox uğurlu keçiriləcəyinə və 2016-cı ildə Bakıda təşkil olunacaq 42-ci Dünya Şahmat Olimpiadası üçün mükəmməl bir sınaq olacağına tam əminəm".

Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku 2015 - Chess World Cup 2015 1.600.000 ABŞ dollar mükafat fonduna malikdir.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.