2 avqust 2015 11:00

Vüqar Həşimov Memorialı başa çatdı

Avropa çempionu, Avropa və dünya çempionatlarının altıqat vitse-çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr edilən və sayca ikinci dəfə keçirilən beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, Vüqar Həşimovun ad günündə Bakıdakı 6 nömrəli məktəb-liseydə start götürən turnirdə 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar mübarizə aparıb.

Bağlanış mərasimində Vüqar Həşimovun atası Qasım Həşimov və turnirin direktoru Anar Allahverdiyev yüksək səviyyədə keçirilən yarışın şahmatın təbliğində rolundan danış. Çıxışlardan şahmatçımız Vüqar Həşimovun karyerası ərzində qazandığı uğurlar barədə də geniş söhbət açılıb. Vətənini hədsiz dərəcədə çox sevən Vüqarın bütün qələbələrini Azərbaycana həsr etdiyi xüsusi vurğulanıb.

Sonra rejissor Ülviyyə Könülün çəkdiyi "Vüqar Həşimovun təbəssümü" adlı qısametrajlı sənədli film nümayiş olunub.

Sonra qaliblərə mükafatlar təqdim olunub. Fəxri kürsünün ən yüksək pilləsinə Bakı şahmatçısı Məhəmməd İsmayılov qalxıb. Əməkdar məşqçi Anar Allahverdiyevin yetirməsi olan şahmatçı 9 oyundan 7,5 xal toplayıb. Gümüş medala layiq görülən Əhməd Əhmədzadə qaliblə eyni xalı toplasa da, əlavə göstəricilərə görə ikinci yeri tutub. Bürünc mükafata isə beynəlxalq turnirin reytinq favoriti hesab olunan Məhəmməd Muradlı layiq görülüb. Dördüncü yeri Gürcüstan şahmatçısı Nikolozi Kaçarava, beşinci yeri isə Naxçıvan təmsilçisi Sadiq Məmmədov tutublar. Vüqar Həşimov kuboku ilə təltif olunan Məhəmməd İsmayılov və gümüş mükafatın sahibi olan Əhməd Əhmədzadə, eyni zamanda, “Baku Open 2015” və “Nakhchivan Open 2015” festivallarında iştirak etmək imkanı əldə ediblər.

Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər də mükafatlandırılıblar. Hər yaş qrupunun qalibləri olan oğlanlar və qızlar qiymətli hədiyyələr, medallar və diplomlarla təltif olunublar. Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və Fransa nümayəndələri də iştirak ediblər. Doqquz turdan ibarət olmaqla keçirilən Vüqar Həşimov memorialında 110 yeniyetmə şahmatçı mübarizə aparıb.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.