24 iyul 2015 15:30

Vüqar Həşimovun xatirə turniri start götürdü

Bu gün məşhur şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunanuşaqlar arasında beynəlxalq şahmat turnirinə start verilib. Azerisport.az xəbər verir ki, iştirakçılar ilk olaraq səhər saatlarında məşhur şahmatçımızın məzarını ziyarət edərək ona böyük ehtiramını bildirib. Açılış mərasimində çıxış edən Vüqar atası Qasım Həşimov turnirin əhəmiyyətindən danışıb: "Vüqar hər zaman arzulayırdı ki, Azərbaycanda uşaqlar arasında beynəlxalq şahmat turniri olsun. Çünki, o istəmirdi ki, yeniyetmələr əziyyət çəksin. Bu gün siz belə turnirlərdə iştirak etməklə bacarığınızı artıra bilərsiniz. Vüqarın xatirə turniri uşaqlar arasında artıq ikinci ildir keçirilir. Bu ənənəvi hal almalıdır. Onun keçdiyi çətin ömür yolu öyrənilməlidir. Bütün iştirakçılara uğur arzulayıram. Qoy güclü qalib gəlsin".

Vüqar Həşimovun komanda yoldaşı, Avropa çempionu Şəhriyar Məmmədyarov uşaqların Vüqarın şahmat karyerasını öyrənməyin vacib olduğunu bildirib: "Bu gün Vüqar öyrənilməlidir. Mən şahmatçı kimi onun karyerasını yaxşı bilirəm. Amma uşaqlar ondan öyrənməlidi. Elə ölkələr var ki, onun əldə etdiyi nəticələrə yalnız arzu kimi baxır. Onun qazandığı nailiyyətlər əksər şahmatçılar üçün əlçatmazdı. Hər zaman yaxınlarına kömək etməyə hazır idi. Vüqar böyük turnirlər zamanı bizi tək qoymazdı. Özü oynamadığı günlər bizi yardımçı olurdu. Bu gün onun yoxluğunu qəbul etmək çətindi. Biz hər zaman onu xatırlayırıq. Uşaqlar Vüqardan öyrənməklə uğur qazanmalıdı. Bizim vaxtımızda məşhur şahmatçılarla görüş əsl bayram idi. İndi uşaqlarda yığma üzvlərindən öyrənməyə imkanı var. Etiraf edək ki, son 10 ildə yeni şahmatçı meydana çıxmayıb. Millidə eyni adlar çıxış edir. Artıq rəqabət vaxtıdır. Arzu edirəm ki, bizdən sonrakı nəsil daha güclü olsun".

Qeyd edək ki, 6 nömrəli məktəb-liseydə keçirilən yarışda 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan 110 şahmatçı mübarizə aparacaq. Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, İran, Gürcüstan təmsilçiləri ilə yanaşı, Fransa şahmatçıları da çıxış edir. Beynəlxalq turnirin reytinq favoriti keçənilki yarışın bürünc mükafatçısı, azərbaycanlı şahmatçı Məhəmməd Muradlıdır (2052).

Memorialın qalibi Vüqar Həşimov kuboku ilə təltif olunacaq. Birinci yeri tutan şahmatçı, eyni zamanda, “Baku Open 2015”, gümüş mükafatın sahibi isə “Naxçıvan Open 2016” beynəlxalq şahmat festivallarında ödənişsiz olaraq qalmaq və yemək imkanı əldə edəcəklər. Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər də təltif olunacaqlar.

Beynəlxalq turnirin baş hakimi – FİDE hakimi Cavanşir Bağırov olacaq. Xatırladaq ki, ötənilki turnirin qalibi Bakı şahmatçısı Kənan Qarayev olmuşdu.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.