30 iyun 2015 16:45

Yeniyetmə şahmatçılarımız Avropa çempionatında uğurlu çıxış edir

Türkiyənin Konya şəhərində keçirilən 7-17 yaşlı məktəblilər arasında Avropa çempionatında 5-ci turun oyunları yekunlaşıb. Azerisport.az xəbər verir ki, çempionatda ümumilikdə 670 şahmatçı mübarizə aparır. Ölkəmizi müxtəlif yaş qruplarında 35 şahmatçı təmsil edir. Təmsilçilərimizin yarışda uğurla çıxışı davam edir.

5 turdan sonra 7 yaşlı oğlanlar arasında həmyerlimiz Emin Əhmədov 5 oyundan 5 xal toplayaraq liderdir. Nicat Mansurov isə 4 xalla 3-8-ci yerləri yerləri bölüşdürərək, əlavə göstəricilərə görə 5-ci yerdədir. Eyni yaşlı qızların çempionatında isə Qönçə Səfərova 4 xal toplayaraq ilk beşlikdə qərarlaşıb.

9 yaşlı oğlanların çempionatında təmsilçimiz Süleyman Süleymanlı 4.5 xal toplayaraq 4-cü yerdədir. Alperen Kanlı və Sənan Xudiyev isə 4 xal toplayaraq 5-6-cı yerləri bölüşdürür. Fərhad Məmmədəliyev də 4 xal toplayaraq ilk onluqdadır.

Xəzər Babazadə 11 yaşlı oğlanların çempionatında 5 oyundan 5 xal toplayaraq vahid liderdir. Vüqar Manafov, Fərid Mustafayev, Altay Eynullayev və Atilla Eynullayev 4 xal toplayaraq 5-9-cu yerləri bölüşdürürlər.

13 yaşlı məktəblilər arasında mübarizə aparan Kənan Qarayev liderdən yarım xal az toplayaraq 4.5 xalla 2-ci pillədədir. Eyni yaşlı qızların çempionatında Aytac Heydərova 4.5 xalla zirvənin yeganə sahibidir.

Səid Rəfili 15 yaşlı məktəblilər arasında aktivinə 3.5 xal yazaraq 5-ci yerin sahibidir. İradə Əhmədova 3.5 xalla eyni yaş qızlar arasında 3-5-ci yerləri bölüşdürür.

17 yaşlı oğlanların çempionatında Qulam Məmmədli 3 xal toplayaraq 10-cu pillədə qərarlaşıb.

Yarış isveçrə sistemi ilə 9 tudan ibarət olmaqla keçirilir. Çempionat iyulun 3-də başa çatacaq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.