22 may 2015 13:00

Azərbaycan yığmasında legioner şahmatçılar oynayacaq

Azərbaycan Şahmat Federasiyası 2016-cı ildə Bakıda keçiriləcək şahmat olimpiadasında medal qazanmaq iddiasındadır. Azerisport.az xəbər verir ki, bunun üçün federasiya rəhbərliyi kişilərdən ibarət yığma komandanın heyətini gücləndirmək fikrindədir.

Təşkilatçı ölkə kimi Azərbaycan şahmat olimpiadasında 3 kişi, 3 qadın komandasıyla təmsil olunacaq. Mükafatçılar sırasına düşməyə iddialı olacaq kişi şahmatçılardan ibarət əsas komandada bir neçə legionerin olacağı gözlənilir.

Azərbaycan Şahmat Federasiyası artıq Arkadi Naydiçlə danışıqları başa vurub. İyunun əvvəlində Bakıya gələcək əcnəbi şahmatçı federasiya rəhbərliyi görüşərək rəsmi müqaviləyə imza atacaq. Almaniya yığmasından imtina edən qrossmeyster 1 il müddətində Azərbaycan yığmasının şərəfini qoruyacaq. FİDE qaydalarına əsasən Almaniya yığmasından imtina edən Naydiç həmin ölkənin Şahmat İttifaqına 50 min avro ödəyəcək. Həmin məbləği ödəyəcək AŞF eyni zamanda Naydiçə aylıq məvacib də verəcək. Əcnəbi şahmatçının Azərbaycan yığmasında debütü noyabrda İslandiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək.

Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının güclənməsi Arkadi Naydiçin dəvətiylə yekunlaşmır. Bir neçə ay əvvəl AŞF millimizdə oynamaq üçün İtaliya şahmatçısı Fabiano Karuana və Hollandiya qrossmeysteri Aniş Giriyə dəvət göndərib. Hər iki şahmatçı qərarını yığmamızın lehinə qəbul etməyib. Karuananın ölkəmizin şərəfini qorumaması həm də həddən çox maliyyə tələb etməsiylə əlaqədar olub.

Azərbaycan Şahmat Federasiyası axtarışlarını davam etdirir. Yaxın aylarda daha bir legioner şahmatçıyla müqavilənin imzalanacağı gözlənilir.

Qeyd edək ki, FİDE qaydalarına əsasən istənilən şahmatçı öz istəyilə milli komandasından imtina edərək başqa ölkənin şərəfini qoruya bilər. Bunun üçün şahmatçı sadəcə, imtina etdiyi ölkənin şahmat qurumuna 50 min avro ödəməlidir.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.