27 aprel 2015 14:45

Vişvanatan Anand: Əvvəl Hindistan ancaq kinolarıyla tanınırdı

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində ikinci yerin sahibi, sabiq dünya çempionu Vişvanatan Anand yarışın rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir:

- Shamkir Chess 2015 turnirini özünüz üçün necə qiymətləndirirsiniz?
- İlk olaraq təşkilatçılara - "Synergy Group"a təşəkkür etmək istərdim. Hazırda şahmat üzrə superturnirlər o qədər çox deyil. Bu mənada Şəmkirdəki təşkilatçılıq çox xoşuma gəldi. Yekun nəticələrə gəldikdə 10 güclü şahmatçı arasında ikinci yeri tutdum. Liderdən 1 xal geri qaldım. Bəlkə də əvvəlki turlarda səhvlərim az olsaydı, daha çox xal toplayardım. Ümumi nəticə yaxşıdır.

- Hansı rəqiblə oyun daha çətin alındı?
- Şəmkirdə zəif rəqib yox idi. Heç bir turda asan qələbə olmadı. Heyət baxımından yarış doğrudan superturnir idi. Hazırkı dünya çempionu, sabiq dünya çempionları yarışda güclü rəqabət yaratdı. Ona görə ilk üçlüyə düşmək uğrunda sona qədər mübarizə getdi.

- 8-ci turda Şəhriyar Məmmədyarova qalib gəldiniz. Həmin partiya haqda nə düşünürsünüz?
- Şəhriyara qarşı yaxşı hazırlaşmışdım. Əvvəllər bir neçə dəfə rəqib olmuşuq. Təcrübəli şahmatçıdır. Onunla oyunda diqqətli olmaq lazımdır. 8-ci turdakı partiya düşündüyüm kimi keçdi. Qələbə qazanmaq mənim üçün çox vacib idi. Əks halda liderdən geri qalacaqdım. Yaxşı mübarizə oldu və layiqli qələbə qazandım.

- Şəmkirdə ən yaxşı nəticəni dünya çempionu Maqnus Karlsen göstərdi. Gələcəkdə şahmat tacını ondan geri almaq barədə planınız var?
- Son 10 gün ərzində bütün diqqətim Şəmkirdəki turnirə yönəlmişdi. İndi bir qədər istirahət etməyi düşünürəm. Karlsenlə çempionluq matçında iki dəfə oynamışam. Fürsət olsa, yenidən qarşılaşmaq istəyərdim. Amma hazırda bu barədə heç bir planım yoxdur. Gələn ilə hazırlaşmağa vaxtım var.

- Sizin üçün Maqnus Karlsenlə oynamaq çətindir, yoxsa sabiq dünya çempionu Vladimir Kramnikə qarşı mübarizə aparmaq?
- Hər iki şahmatçıyla karyeramın müxtəlif dövrlərində şahmat taxtası arxasına əyləşmişik. Güclü şahmatçılardır. Müqayisə etmək çətindir. Etiraf edim ki, Karlsenə qarşı oynamaq çox çətindir. Sərt mübarizə aparır. Hazırda çox yaxşı formadadır.

- Bəziləri Maqnusun uzun müddət çempionluq titulunu özündə saxlayacağını söyləyir. Bu fikirlə razısınız?
- Gəlin irəlidə nə olacağını proqnozlaşdırmayaq. Biz hamımız çempion olmaq istəyirik. Bütün şahmatçılar bunun üçün yarışır. Karlsen titulunu qorumaq üçün çox çalışmalıdır.

- Anandın çempionluğu həyatında nəyi dəyişdi?
- Dünya çempionluğu insanın həyatını tamam dəyişir. Bir sıra mötəbər turnirlərə dəvət alırsan. Yenidən titulunu qorumaq istəyirsən. Gərgin iş rejimi bəzən insanı yorur. Bununla belə, dünya çempionu olmaq çox məsuliyyətli və şərəflidir. Dünya çempionu olandan sonra Hindistanda şahmat çox sevildi. Əvvəllər Vətənim ancaq kinolarla tanınırdı. İndi isə Hindistanda şahmata böyük həvəs var.

- Sonda ilk dəfə səfər etdiyiniz Şəmkir haqda fikirlərini bilmək maraqlı olardı...
- Azərbaycanda şahmata böyük maraq var. Bir sıra turnirlərdə Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarova qarşı oynamışam. Şəmkirdə şahmat məktəbində olarkən uşaqların şahmata olan marağı məni valeh etdi. Vüqar böyük insan olub. Onun adı daima yaşamalıdır. Belə turnirlər daim keçirilməlidir. Şəmkirin gözəl şəhər olduğunu deməliyəm. Bura çox xoşuma gəldi.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.