27 aprel 2015 13:00

Maqnus Karlsen qalib oldu və 30 min avro qazandı

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 şahmat üzrə superturnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, "Synergy Group"un sponsorluğuyla baş tutan yarışın qalibi norveçli qrossmeyster Maqnus Karlsen olub.

Hazırkı dünya çempionu 9 turdan 7 xal toplamaqla bütün həmkarlarını qabaqlayıb. 5 görüşdə qələbə qazanan Karlsen 4 partiyada sülhə razılaşıb. Şəmkirdə yüksək ustalıq nümayiş etdirən dünya çempionu məğlubiyyət acısı yaşamayan iki şahmatçıdan biri olub. Bununla da Maqnus Karlsen Vüqar Həşimovun Memorialının ikiqat qalibi kimi tarixə düşüb.

Turnirdə ikinci yerə sabiq dünya çempionu Vişvanatan Anand çıxdı. 3 qələbə və 6 heç-heçə sayəsində 6 xal toplayan hindistanlı şahmatçı 9 tur ərzində məğlub olmayıb. Anand yarışın qalibi Maqnus Karlsendən 1 xal geri qalmaqla ikinci yerə layiq görülüb. ABŞ təmsilçisi Uesli So və İtaliya şahmatçısı Fabiano Karuana müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüb. Sabiq dünya çempionu Vladimir Kramniklə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 5-6-cı yerlərdə qərarlaşıb. Ən az xal toplayan Aniş Giri (Hollandiya), Rauf Məmmədov (Azərbaycan), Maksim Vaşye-Laqrav (Fransa) və Mayksl Adams (İngiltərə) 7-10-cu pillələri tutub.

Mükafatlandırma mərasimində yarışın qalibi norveçli Maqnus Karlsenə kubok təqdim olunub. Reqlamentə əsasən dünya çempionu 30 min avro mükafat qazanıb. İkinci yerin sahibi Vişvanatan Anand 20, ilk üçlükdə qərarlaşan Uesli So 15 min avroya sahib çıxıb.

Qeyd edək ki, Synergy Group tərəfindən ardıcıl ikinci dəfə təşkil edilən Vüqar Həşimov Memorialının ümumi mükafat fondu 100 min avro təşkil edir.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.