26 aprel 2015 17:00

Şəhriyar Məmmədyarov: Vüqar Həşimov Memorialında kifayət qədər maraqlı görüşlərim oldu

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində sonuncu, 9-ci turun görüşləri keçirilir. Azerisport.az xəbər verir ki, "Synergy Group"un təşkilatçılığıyla keçirilən sonuncu turda ilk olaraq azərbaycanlı qrossmeyster Şəxriyar Məmmədyarov ilə İngiltərə təmsilçisi Maykl Adams heç-heçə oynayıb.

Mətbuat konfransında hər iki şahmatçı keçirdikləri görüşlər barədə öz fikirlərini bildiriblər:

Şəhriyar Məmmədyarov: "Etiraf edim ki, bu il Vüqar Həşimov Memorialında heç də pis oynamadım. Öz çıxışımı orta qiymətləndirirəm. Nəticələrimdən deməzdim narazıyam, çünki bu turnirdə kifayət qədər maraqlı görüşlərim oldu, əsas da turnirin ikinci hissəsində. Xüsusən onların arasında  14-cü dünya çempionu Vladimir Kramnik üzərində qələbə qazandığım oyunumu qeyd etmək istərdim. Həmçinin komanda yoldaşım Rauf Məmmədov və 15-ci dünya çempionu Vişvanatan Anand ilə keçirdiklərim görüşlər də mənim fikrimcə, maraqlı keçdi".

Maykl Adams: "Mən isə Şəhriyardan fərqli olaraq etiraf etməliyəm ki, istədiyim nəticəni göstərə bilmədim. Düzdür, turnirdə iştirak etmək dəvətini rəqiblərimin arasında ən sonda mən aldım. Hazırlığa çox az vaxtımın olması ilə özümə bəraət qazandırmıram. Etiraf edim ki, rəqiblərim gözlədiyimdən də güclü idilər".

 

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.