25 aprel 2015 22:10

Maksim Vaşye-Laqrav: Hər şey sonuncu turdan asılıdır

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" beynəlxalq turnirində 8-ci turun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, "Synergy Group"un təşkilatçılığıyla keçirilən yarışın 8-ci turunda sabiq dünya çempionu rusiyalı Vladimir Kramnik və Fransa təmsilçisi Maksim Vaşye-Laqrav qarşılaşıblar. Görüş üç məğlubiyyətdən sonra qalib gələn Vladimir Kramnikin xeyrinə başa çatıb.

Oyundan sonra hər iki qrossmeyster öz oyunları barədə jurnalistlərlə fikirlərini bölüşüblər.

Vladimir Kramnik turnirin gərgin mübarizə şəraitində davam etdiyini qeyd edib: "Mən tam əminliklə deməzdim ki, turnirin qalibi məhz Maqnus Karlsen olacaq. Çox böyük rəqabət gedir. Qaliblər qismində Karlsenlə yanaşı Vişvanata Anand və Uesli Sonu görürəm. Amma etiraf etməliyəm ki, norveçli qrossmeyster həm çox güclü şahmatçıdır, həmdə güclü oyun göstərir. Və bunun nə qədər davam edəcəyi bilinmir".

Maksim Vaşye-Laqrav isə, sabah keçiriləcək son turla bağlı fikirlərini bölüşüb: "Maqnus Karlsen güclü və təmkinli oyun göstərir. Amma 100% onu qalib görmürəm. Hər şey sonuncu turdan asılıdır".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.