25 aprel 2015 22:05

Uesli So: Fikrimcə, turnirin qalibi elə Maqnus Karlsen olacaq

Heydər Əliyev Mərkəzində keçirilən Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində 8-ci turun görüşləri başa çatıb. Azerisport.az xəbər verir ki, "Synergy Group"un təşkilatçılığıyla keçirilən yarışın 8-ci turunda Amerika şahmatçısı Uesli So norveçli qorssmeyster Maqnus Karlsen ilə sülh bağlayıb.

Oyundan sonra hər iki qrossmeyster öz oyunları barədə jurnalistlərlə fikirlərini bölüblər.

Dünya çempionu Maqnus Karlsen turnirin onun üçün çox yaxşı keçdiyini qeyd edib: "Yekun nəticə çıxartmaq üçün səbirsizliklə son turu gözləyirəm. Ümidvaram ki, istədiyim nəticəni alacağam və Vüqar Həşimov Memorialının ikiqat qalibi olacağam".

"Ən çox hansı rəqiblə oyun sizə daha çox təsir bağışladı" sualına, Maqnus Karlsen 5-ci turda Fransa təmsilçisi Maksim Vaşye-Laqravla partiyanı qeyd edib: "Beşinci turda ağ fiqurlarlarla oynadım. Fikrimcə, ən maraqlı oyun idi, çünki oyunun əvvəlindən çox qeyri-adi pozisiya əldə etdim bu turda".

Amerikalı  Uesli So isə bunları qeyd edib: "Çox şadam ki, bu turnirdə iştirak edirəm. Oyunuma gəldikdə isə demək istəyirəm ki, turnirin birinci hissəsində daha yaxşı oyun göstərdim. Amma təəssüflər olsun ki, fasilədən sonrakı turlarda istədiyim oyunu alındıra bilmədim. Fikrimcə, turnirin qalibi elə mənim bu günkü rəqibim Maqnus Karlsen olacaq. Rəqiblərimə gəldikdə isə, çox güclü heyətlə oynadım. Bu turnirdə maraqlı oyunlarımdan ən çox birinci turda qarşılaşdığım holland Aniş Giriyə qalib gəldiyim və bu gün Maqnus Karsenlə görüşdüyüm oyunu qeyd etmək istərdim".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.