24 aprel 2015 21:00

Karuana: So geri çəkilmirdi

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində 7-ci turun görüşləri başa çatıb. Azerisport.az xəbər verir ki, hesabat turunda İtaliya şahmatçısı Fabiano Karuana əslən Fillipindən olan Uesli Soya qalib gəlib. Partiyadan sonra hər iki şahmatçı partiya haqda fikirlərini bildirib.

Fabiano Karuana (İtaliya): "Qələbə qazanmaq hər zaman yaxşı hisslər yaradır. Debütdən istədiyim oyunu göstərməyə başladım. Maraqlıdır ki, So geri çəkilmirdi. Sona yaxın məğlubiyyətdən xilas olmağa çalışsa da, buna imkan vermədim. Qələbə xalımı 4-ə çatdırdı. Turnirdə qalib olmağa şansım çox deyil. Bununla belə son turlarda qələbə qazanmağa çalışacağam".

Uesli So (ABŞ): "Son iki turda özümə bənzəmirəm. Oyun alınmır. Hazırlıq baxımından problem yoxdur. Sadəcə, oyun zamanı üstünlük qazana bilmirəm. Digər tərəfdən rəqiblər daha yaxşı oyun göstərir. Şəmkirdə heyət çox güclüdür. Hər tur ciddi mübarizə gedir. Fikrimcə, son turlar daha maraqlı olacaq".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.