24 aprel 2015 19:30

Şəhriyar Məmmədyarov: Rauf Məmmədov dostumdur, amma ona qalib gəlməliydim

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində 7-ci tura start verilib. Azerisport.az xəbər verir ki, "Synergy Group"un təşkil etdiyi yarışın hesabat turunda azərbaycanlı şahmatçılar bir-birinə rəqib olub. Şəhriyar Məmmədyarov ağ fiqurlarla millidəki komanda yoldaşı Rauf Məmmədovla heç-heçə oynayıb.

Partiyadan sonra Şəhriyar Məmmədyarov səhvə yol verdiyini etiraf edib: "Düz 10 il əvvəl sonuncu dəfə klassik şahmatda Rauf Məmmədovla üz-üzə gəlmişəm. O vaxt onun 2300, mənim isə 2600 reytinqim var idi. Maraqlıdır ki, o zaman da görüş heç-heçəylə başa çatmışdı.

Bu dəfə yaxşı başladım. Debütdən üstünlük qazandım. Hansı gedişi oynayacağımı bilirdim. Ardıcıl düzgün gedişlərdən sonra vəziyyət xeyrimə dəyişdi. Qara fiqurların vəziyyəti məğlub kimi görünürdü. Həlledici məqamda lazımi gediş diqqətimdən yayındı. Rahat qələbə qazanmalıydım. Nəticədə isə heç-heçə oldu. Mənə bu görüşü udmaq çox vacib idi. Turnir cədvəlindəki vəziyyət baxımından qələbə çox lazım olduğunu anlayırdım. Ona görə qələbə qazanmaq üçün oynayırdım. Təəssüf ki, alınmadı. Digər tərəfdən dostuma qalib gəlmədiyim üçün üzülmürəm. Bununla belə dostum olsa belə bu gün Raufa qalib gəlməliydim.

Rauf yaxın dostumdur. Uzun müddətdir Azərbaycan millisində çıxış edirik. İki dəfə iddiaçılar turnirində köməkçim olub. Turnir zamanı Raufa yığmamızın kapitanı Aleksandr Xalifmanın kömək edəcəyini bilirdim. Bu turdan əvvəl Xalifmana dedim ki, mənə qarşı hazırlaşan Raufa kömək etsəniz, inciyəcəyəm. Axı millidə və bəzi turnirlərdə Xalifman hər ikimizə kömək olub. Debütdən sonra anladım ki, Xalifman Raufa kömək etməyib. Ümumiyyətlə, onun məşqçilik keyfiyyətləri yüksəkdir. O millidə həm kapitan, həm də oyunçudur".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.