24 aprel 2015 18:45

Rauf Məmmədov: Şəhriyar Məmmədyarova qarşı sadəcə, bəxtim gətirdi

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində 7-ci turun bir görüşü başa çatıb. Azerisport.az xəbər verir ki, "Synergy Group"un təşkil etdiyi yarışın hesabat turunda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun duelində heç-heçə qeydə alınıb.

Partiyadan sonra Məmmədov bəxtinin gətirdiyini deyib: "Şəhriyar güclü rəqibdir. Turnirin digər şahmatçıları kimi, ona qarşı da oynamaq çətindir. Klassik şahmatda sonuncu dəfə 10 il əvvəl rəqib olmuşuq. O zaman Dubay turnirində qara fiqurlarla onunla heç-heçə oynamışdım. Etiraf edim ki, Şəhriyarı çox yaxşı tanıyıram. Məmmədyarov iki dəfə iddiaçılar turnirində iştirak edib. Hər ikisində onun komandasında yer almışam.

Bu dəfə etiraf edim ki, bəxtim gətirdi. Şəhriyar çox yaxşı başladı. Debütdən sonra vəziyyətim pisləşdi. Şəhriyar Azərbaycan yığmasının lideridir. Sözsüz yaxın dostumdur. Bununla belə böyük çətinliklə vəziyyətdən çıxdım. Heç-heçə yaxşı nəticədir. Çünki, qaralarla oynayırdım.

Turnirin son günü doğum günüm olacaq. Həmin gün isə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacağam. Görək necə olacaq".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.