23 aprel 2015 20:45

Şəhriyar Məmmədyarov: So bizə başağrısı olub

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində 6-cı turun görüşləri sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, hesabat turunda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə heç-heçə oynayıb.

Qara fiqurlarla mübarizə aparan Şəhriyar partiyadan sonra mətbuat konfransında suallara cavab verib: "Uesli Soya qarşı mübarizə aparmaq asan deyil. So çoxlarına tanış olmayan şahmatçıdır. Son bir il ərzində yüksək oyun göstərməklə reytinqini artırıb. Sonun oyunu hamıya bəlli deyil. Bu mənada onun oyunu turnirin kəşfidir. Lider olacağını gözləmirdik. Qısa zamanda özünü doğrultmaqla bizə başağrısı olub. Qara fiqurlarla heç-heçə oynamaq yaxşı nəticədir".

Əslən Fillipindən olan Uesli So nəticədən razı qaldığını deyib: "Vişvanatan Ananda qarşı partiyanı tez unutmaq istəyirəm. Xoşagəlməz anlarla yadda qaldı. Elə məğlubiyyətlər adama təsir edir. Bu gün Şəhriyara qarşı çətin oyun oldu. Yaxşı şahmatçıdır. Sona qədər risk etməyi sevir. Heç-heçədən razıyam. Çünki, rəqib rahat oynamağa imkan vermədi. Son 3 turda qələbə qazanmağa çalışacağam. Turnirin qalibi olmağa şansım az da olsa, var. Ona görə mübarizə aparmaq lazımdır".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.