23 aprel 2015 19:00

Rauf Məmmədov: Anandla heç-heçə pis nəticə deyil

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində 6-cı turun görüşləri davam edir. Azerisport.az xəbər verir ki, "Synergy Group" tərəfindən təşkil edilən yarışın hesabat turunda azərbaycanlı şahmatçı Rauf Məmmədov sabiq dünya çempionu Vişvanatan Anandla heç-heçə oynayıb.

Məmmədov nəticədən razı qaldığını bildirib: "Ağlarla oynamağıma baxmayaraq, Ananda qarşı mübarizə aparmaq hər zaman çətindir. Müdafiədə etibarlı çıxış etməyə çalışdım. Belə turnirdə səhvlər bağışlanmır. Fikrimcə, Anandla heç-heçə pis nəticə deyil".

Sabiq dünya çempionu Vişvanatan Anand əvvəlcə partiyadan, sonra isə istirahət günündə futbol oynamamağından danışıb: "Partiya maraqlı alınmadı. Sönük keçdi. Risk etməyə ehtiyac görmürdüm. Fiqurları dəyişəndən sonra belə üstünlük əldə etmədim. Məmmədov yaxşı müdafiə olundu. Ümumilikdə, normal oyun getdi. İrəliləmək imkanı az idi. Bu mənada nəticə oyuna görə oldu.

İstirahət gününə gəlincə, yaxşı dincəldim. Uşaqlara seansda iştirak etdim. Futbol oyununda olmadım. Sonradan öyrənəndə ki, dünya şahmat yığması 1:7 hesabıyla uduzub futbola getmədiyimə görə sevindim. Yaxşı ki, həmin matçda iştirak etməmişəm".

Qeyd edək ki, futbol turnirində Maqnus Karlsenin iştirak etdiyi dünya şahmat yığması "Shamkir Capital Group"a 1:7 hesabıyla uduzub.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.