21 aprel 2015 21:30

Rauf Məmmədov: Məğlubiyyətdən sonra heç-heçə yaxşı nəticədir

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində 5-ci turun görüşləri davam edir. Azerisport.az xəbər verir ki, Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın 5-ci turunda azərbaycanlı şahmatçı Rauf Məmmədov Maykl Adamsla (İngiltərə) heç-heçə oynayıb.

Məmmədov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: "Ötən tur məğlub oldum. Məğlubiyyətdən sonra heç-heçə oynamaq yaxşıdır. Maykl Adams çox təcrübəli şahmatçıdır. Uşaqlıqdan onun pərəstişkarı olmuşam, partiyalarına dəfələrlə baxmışam. İstəyirdim, öz oyunumu diqtə edim, lakin alınmadı. İlk dəfə belə yüksək səviyyəli yarışda iştirak etmək mənim üçün çox çətindir. Qələbə qazanmaq asan olmur. Zəif rəqib olmadığı yarışda dünyanın ən güclüləri oynayır. İl ərzində belə yarışlarda bir-iki dəfə iştirak etsəm böyük təcrübə qazanaram".

İngiltərə şahmatçısı Maykl Adams nəticənin oyuna görə olduğunu söyləyib: "Görüş heç-heçəyə gedirdi. Maraqlı oyun oldu. Fərqli mübarizə sərgiləməyə çalışdım. Rauf sona qədər çalışsa da, dönüş yarada bilmədi.

İstirahət günündə yatmaq istəyirəm. Çox yorulmuşam. Futbol oynamaq barədə düşünmürəm".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.