21 aprel 2015 21:00

Fabiano Karuana: Səhvim ucbatından qələbə qazana bilmədim

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində 5-ci turun görüşləri davam edir. Azerisport.az xəbər verir ki, Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın 5-ci turunda İtaliya şahmatçısı Fabiano Karuana holland həmkarı Aniş Giriylə heç-heçə oynayıb.

Partiyadan sonra Karuana nəticədən razı qalmadığını bildirib: "Düzünü desəm, qalib gəlməyi düşünürdüm. Əla vəziyyət var idi, sadəcə, dəyərləndirmədim. Ona görə çox pis oldum. Bu gün qələbəyə çox yaxın olsam da, yarım xalla kifayətləndim. Səhvim ucbatından qələbə qazana bilmədim".

Aniş Giri həmkarının dedikləriylə razılaşıb: "Karuana haqlıdır. Məğlubiyyət yaxında idi. Rəqibin aşkar üstünlüyü hiss olunurdu. Partiyada dönüş çətinliklə alındı. Fabiano yaxşı başladı, amma onun qarşısını almaq mümkün oldu. Heç-heçə mənim üçün yaxşı nəticədir. Nəzərə alsaq ki, məğlubiyyəti hiss edirdim. 5 turdan sonra çıxışımı müsbət qiymətləndirməzdim. Təəssüf ki, o qədər parlaq oynamıram. İstirahət günündən sonra oyunda dəyişiklik etmək lazımdır".

Fabiano Karuana istirahət günündə həmkarlarıyla futbol oynamaq təklifini müsbət dəyərləndirib: "Sabah tur yoxdur. Ona görə futbol oynamaq olar. Bilmirəm Maqnusun komandasında olacağam, ya yox. Amma futbol oynamaq yaxşı olardı".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.