20 aprel 2015 20:00

Uesli So: Rauf 22-ci gedişdə səhv etdi

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində IV turun partiyaları başa çatıb. Azerisport.az xəbər verir ki, Synergy Group-un təşkilatçılığıyla baş tutan turnirin hesabat turunda Rauf Məmmədov əslən Filippindən olan ABŞ təmsilçisi Uesli Soya uduzub.

Partiyadan sonra keçirilən mətbuat konfransında So azərbaycanlı şahmatçının səhvə yol verdiyini bildirib: "Şəmkir turniri mənim üçün çox yaxşı nəticələrlə başladı. Düzünü desəm, 4 turdan sonra lider olacağımı gözləmirdim. Lider olmağım sürprizdir. Yarışda Maqnus Karlsen, Vladimir Kramnik və Vişvanatan Anand kimi dünya çempionları iştirak edir. Onların mübarizə apardığı turnirdə lider olmaq çox sevindiricidir. Fikrimcə, hələlik turnirin qalibi olmaq barədə düşünmək olmaz. Çox istərdim ki, bu gün sonuncu tur olsun və mən qələbəni qeyd edim. Amma qarşıda 5 tur var. Çətin oyunlar qarşıdadır.

Raufla oyuna gəldikdə rəqib səhvə yol verdi. 22-ci gedişdə etdiyi səhvdən istifadə etməyə bilməzdim. Ondan sonra hücuma keçdim və lazımi nəticəni qazandım. Raufun səhvi qələbə qazanmağa kömək oldu. İstənilən nəticədən sonra üzərində işləmək vacibdir. Məğlubiyyətdən sonra həvəsdən düşmək olmaz".

Azərbaycanlı Rauf Məmmədov isə məğlubiyyət haqda qısa danışıb: "Məğlubiyyət haqda danışmaq çətindir. Partiyanı gördünüz. Pis oynadım".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.