19 aprel 2015 21:15

Karlsen: Karuana üzərində qələbə layiqli oldu

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin III turunda dünya çempionu Maqnus Karlsen İtaliya təmsilçisi Fabiano Karuana üzərində qələbə qazanıb. Azerisport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında şahmatçılar partiya haqda fikirlərini söyləyib.

Norveçli dünya çempionu Karuanayla görüşə ciddi hazırlaşdığını deyib: "Ötən il Şəmkirdə keçirilən turnirin ilk dövrəsində məğlub olmuşdum. Amma revanş barədə qəti düşünmürəm. Sadəcə yaxşı oynamaqla qələbə qazanmaq istəyirdim. Etiraf edim ki, ciddi hazırlaşmışdım. Holland müdafiəsindən istifadə etdim. Rəqibin vaxtla bağlı problemi var idi. Belədə rahat oynamaq mümkündür. Məşqçinin dediklərini etdim və sonra artıq partiyanı uğurlu sonluğa çatdırmaq lazım idi. Qələbə layiqli oldu".

Fabiano Karuana Karlsenlə görüşdə fikirləşdiyi gedişləri etmədiyini bildirdi: "Maqnus Karlsen oyuna ciddi hazırlaşmışdı. Mən istədiyimi edə bilmədim. Fərqli oyun olmalıydı. Lazımi gedişləri etmədim. Partiyanın başlanğıcı alınmadı. Debütdə problemlər oldu. Ardınca vaxt problemim yarandı. Çalışırdım heç olmasa heç-heçə edim. Mümkün olmadı. Tez bir zamanda bu oyunu unutmalıyam".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.