19 aprel 2015 20:45

Kramnik: Rauf ehtiyatlı oynadı

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin 3-cü turunda Vladimir Kramnik (Rusiya) azərbaycanlı şahmatçı Rauf Məmmədovla heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, rusiyalı dünya çempionu mətbuat konfransında həm partiya, həm də turnirin ilk III turu haqda danışıb:

"Maraqlı partiya alındı. Əslində bəzi gedişlərlə üstünlük qazana bilərdim. Normal mübarizə oldu. Heç-heçə indiki halda pis nəticə deyil. Rauf ehtiyatlı oynadı. Risk etmək olardı, sadəcə, oyunda fəallıq hiss olunmurdu.

Turnir indi başlayıb. Aktivimdə 2 xal var. Düşünürəm ki, indi liderlər qrupunda olmaq hələ heç nə demək deyil. Son turlar daha çətin olacaq. Sabah Vişvanatan Ananda qarşı oynayıram. Sonra Karlsenə qarşı mübarizə olacaq. Hər tur lider dəyişə bilər. Bu mənada sona qədər yaxşı oynamaq tələb olunur".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.