19 aprel 2015 20:30

Şəhriyar Məmmədyarov: Belə maraqsız heç-heçə olmamışdı

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində 3-cü turun görüşləri başa çatıb. Azerisport.az xəbər verir ki, Synergy Group-un təşkilatçılığıyla baş tutan yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla heç-heçə oynayıb.

Hesabat turunda yarım xal qazanan Məmmədyarov partiya haqda fikirlərini mətbuat konfransında bildirib: "Ötən tur Maqnus Karlsenə uduzandan sonra daha yaxşı oynamaq istəyirdim. Əslində dünyanın bir nömrəsinə uduzmaq normaldır. Bu gün heç-heçəni oyuna görə uyğun nəticə sayıram. Karyeramda belə maraqsız heç-heçə olmamışdı. 17-ci gedişdə vəzirlə düzgün gediş etsəydim, oyun dəyişəcəkdi. Lakin həmin gedişi tapa bilmədim. Şəmkirdə daha yaxşı oynamağa çalışıram. Azərbaycanda oynayan zaman bir qədər çətin olur. Məsuliyyətim artır. Xaricdə çıxış etdiyim zaman rahat mübarizə aparıram. Bakıda və ya Şəmkirdə olan zaman uğur qazanmağa çalışıram, amma alınmır. Son dəfə Azərbaycanda uğur qazandığım turnir yadıma gəlmir".

Nəticədən razı qalan Maksim Vaşye-Laqrav partiya haqda bunları deyib: "Şəhriyarla bir neçə dəfə oynamışıq. Fikrimcə, bu dəfə oyunda o qədər fəallıq yox idi. Vəziyyət heç-heçəyə aparırdı. Qələbə görünmürdü. Ona görə heç-heçəyə razılaşdıq. Ardıcıl üçüncü bərabərlikdən sonra oyunlara daha ciddi yanaşmalıyam".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.