18 aprel 2015 20:45

Kramniklə So Ermənistana getməməsinin səbəbini açıqladı

Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda Rusiya şahmatçısı Vladimir Kramnik ABŞ təmsilçisi Uesli So ilə heç-heçə oynayıb. Turnirin rəsmi saytı hər iki şahmatçının partiya haqda fikirlərini təqdim edir.

Azerisport.az xəbər verir ki, Uesli So rəqibin güclü şahmatçı olduğunu qeyd edib: "Kramnik kimi şahmatçıya qarşı oynamaq böyük şərəfdir. Hər zaman onun oyunlarını diqqətlə izləmişəm. Müəyyən mənada öyrənməyə çalışmışam. Bu gün onun təzyiqini hiss etdim. Heç-heçə olmasını özüm üçün yaxşı nəticə sayıram".

Sabiq dünya çempionu Vladimir Kramnik isə üstünlüyünün olduğunu amma qələbə üçün lazımi gedişlərin görünmədiyini dedi: "Üstünlüyüm var idi. Amma böyük üstünlük yox idi. Ona görə heç-heçə normal nəticədir. So yaxşı şahmatçıdır. Yaxşı müdafiə olunurdu. Fikrimcə hələ iki tur başa çatıb, ona görə yekun nəticə haqda danışmaq düzgün deyil".

Vladimir Kramniklə Uesli So bu günlərdə Ermənistanda start götürəcək yığmaların dünya çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıb. ABŞ təmsilçisi federasiya tərəfindən ona gec dəvət gəldiyini və Şəmkirə gəlmək istəyinin böyük olduğunu deyib: "İlk olaraq qeyd edim ki, Şəmkirdəki turnirin təşkilatçılarına müsbət cavab vermişdim. Mən artıq Şəmkirə gələcəyimi deyəndən sonra federasiya məni dünya çempionatına dəvət etdi. O zaman mən millidə çıxış edə bilməyəcəyimi dedim. Şəmkirdə gözəl təşkilatçılıq və güclü şahmatçılar var. Bura gəldiyimə görə çox şadam. Dünya çempionatına getmədiyimə görə peşman deyiləm".

Sabiq dünya çempionu Vladimir Kramnik isə Rusiya yığmasının heyətində olmadığını belə izah edib: "Məndə də oxşar hadisə oldu. Fevralda artıq Şəmkirə gələcəyimə söz vermişdim. Sonradan federasiya rəhbərliyi milliyə dəvət etdi. Əvvəlcədən hər hansı bir turnir olacağı halda yığmada olmayacağımı demişdim. Fikrimcə mənsiz də Rusiya yığması güclüdür. Digər tərəfdən Şəmkirdəki turnir gözəl insan, güclü şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunub. Ötən il bu yarışda iştirak edə bilmədim. Amma bütün həmkarlarım təşkilatçılıq haqda xoş sözlər deyirdi. Vüqarla çox yaxın olmasaqda onun xatirə turnirində iştirak etməyə bilməzdim".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.