18 aprel 2015 00:45

Rauf Məmmədov: Şəmkirdə bütün rəqiblər mənim üçün güclüdür

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində ilk turda Fransa şahmatçısı Maksim Vaşye-Laqravla heç-heçə oynayan azərbaycanlı qrossmeyster Rauf Məmmədov partiya haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Şəmkirdə təşkilatçılıq yüksək səviyyədədir. Ümumiyyətlə yaxşı ki, Şəmkirdə oynayırıq. Burada hər cür şərait var. Fevralda mənə bu turnirdə oynayacağımı dedilər. Bir həftə hazırlaşmışam. Hazırlıq millimizin kapitanı Aleksandr Xalifmanın rəhbərliyi altında olub. Düzünü desəm mənim üçün Şəmkirdə bütün rəqiblər güclüdür. Burada zəif rəqib yoxdur. İlk oyuna gəlincə sonradan ciddi təhlil edəcəm. Çalışdım sakit oynayıb. Səbrlə və təmkinlə mübarizə aparmaq istəyirəm. Qarşıda bizi 8 tur gözləyir. Tələsmək səhvə səbəb ola bilər. Heç-heçə ədalətli nəticədir".

Rauf Məmmədov rusiyalı dünya çempionu Vladimir Kramnikin Şəmkirdə olan şahmatçılar arasında gələcəyin iki dünya çempionunun olduğunu deməsinə münasibət bildirib: "Kramnik kimləri nəzərdə tutub? Bilirsiniz fikrimcə Maqnus Karlsen hələ uzun müddət şahmat tacını özündə saxlayacaq. 30 ildən sonra kimsə onu uda bilər. Hazırda Karlsen bir nömrədir".

Fransız Maksim Vaşye-Laqrav Şəmkirdəki ilk partiya haqda bunları deyib: "Həyəcan yox idi. Sakit oyun oldu. Bərabərlik normal nəticədir. Sadəcə qarşıda bizi daha güclü rəqiblərin gözlədiyini düşünürəm. Kramnik, Anand və Karlsenlə oyunlar var. Həvəsdən düşmək olmaz. Şəmkir hər bir şahmatçı üçün ciddi çağırışdır".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.