17 aprel 2015 21:00

Vişvanatan Anand: Son dəfə Vüqar Həşimovla bir saat söhbət etmişdik

ShamkirChess2015 turnirinin ilk turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayan Vişvanatan Anand partiya ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"İlk olaraq turnir barədə danışmaq istərdim. Yarışın sözün əsl mənasında böyük şahmatçı Vüqar Həşimova həsr olunması yaxşıdır. Üç dəfə müxtəlif yarışlarda onun partiyalarını təhlil etmişəm. Bir neçə dəfə görüşümüz olub. Bilirdim ki, Vüqar mənim fanatım olub. Son dəfə bir saat danışdıq. Elə bir insanın həyatda olmaması çox pisdir. Karlsenlə oyuna gəlincə, üstünlüyüm var idi. Sadəcə, nədənsə istədiyimi edə bilmədim. Rəqib vəziyyətdən çıxdı. Şəmkir turnirində istənilən nəticəyə hazır olmalısan. Bu yarışda çox güclü iştirakçılar var".

Anand həmçinin Şəmkirə tək gəlməsinin səbəbini açıqlayıb: "Hər zaman həyat yoldaşım yanımda olur. Sadəcə, Şəmkirə onsuz gəlmişəm. Oğlum balacadır. 4 yaşı var, ona görə səfərə tək çıxmalı oluram".

Dünya çempionu Maqnus Karlsen isə debütdən pis vəziyyət aldığını etiraf edib: "Ananda qarşı xüsusi hazırlaşmışdım. Sadəcə, debüt uğurlu olmadı. Üstünlük qazanmadım. Ona görə irəliləmək mümkün olmadı. Oyunun belə alınacağını gözləməzdim. Növbəti partiyalar haqda düşünmək lazımdır".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.