19 mart 2015 19:15

Shamkir Chess-in partiyaları canlı yayımlanacaq

"Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə aprelin 16-da başlayacaq və Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" super-turniri ilə bağlı bir sıra işlər artıq öz həllini tapıb. Azerisport.az xəbər verir ki, ötən il olduğu kimi bu il də canlı izlənəcək “Shamkir Chess 2015” üç dildə yayımlanacaq.

Azərbaycan dilində partiyaları vaxtı ilə Vüqar Həşimovun məşqçisi olan, FİDE məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin məşqçisi, qrossmeyster Fərid Abbasov təqdim edəcək. Vüqar Həşimovun sekundantı və məşqçisi Viorel İordakesku rus dilində, inglis dilində isə ukraynalı qrossmeyster, FİDE şərhçisi  Evqeniy Miroşniçenko şərh edəcək.

Bir daha qeyd edək ki, dünyanın ən güclü şahmatçılarından olan Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik, Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşi-Lagrav, o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla, Teymur Rəcəbov və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov Şəmkir turnirinin qalibini müəyyən edəcəklər. Bu, “Shamkir Chess 2015”in dünyada geniş yayımlanması üçün mükəmməl bir vasitə olacaq.

Yaxın günlərdə www.shamkirchess.az veb səhifəsinin yeni versiyada ictimaiyyətə təqdim olunacaq. Super turnir ilə bağlı ətraflı məlumat, adı çəkilən şahmaxçıların Şəmkirdə keçirdiyi vaxt və eyni zamanda oyunları canlı izləmək üçün burada xüsusi pəncərə yaradılıb. Əlavə olaraq www.chess.com veb-səhifəsi də 16-26 aprel tarixində bu turniri canlı izləmək imkanı yaradacaq. “Shamkir Chess 2015”in dünyadan böyük maraqla qarşılandığını nəzərə alaraq, sosial mediadan geniş şəkildə istifadə olunur. “ShamkirChess2015” Facebook, twitter və instagram səhifələri mütəmadi olaraq yenilənir və şahmatsevənlərin sualları cavablandırılır.  

"Synergy Group" olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına tövhə veririk”. Bir daha qeyd etmək istərdik ki, “Shamkir Chess 2015” 16 aprel tarixində Şəmkir şəhərində Heydər Əliyev adına mərkəzində başlayacaq və 10 gün davam edəcək.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.