4 mart 2015 14:30

Vüqar Həşimovun xatirə turnirinin iştirakçıları və loqosu müəyyənləşdi

"Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə 2015-ci ilin aprelində Şəmkirdə şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "ShamkirChess 2015" turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, bu mötəbər yarışda iştirak edəcək ulduz şahmatçıların adı artıq dəqiqləşib.

Azərbaycanda keçirilən şahmat turnirində ilk dəfə olaraq 3 dünya çempionu mübarizə aparacaq. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç, 2863), sabiq dünya çempionlarıVişvanatan Anand (Hindistan,2791), Vladimir Kramnik (Rusiya, 2783),FİDE reytinq siyahısında 2-ci olan Fabiano Karuana (İtaliya, 2802), Aniş Giri (Hollandiya, 2790), Uesli So (ABŞ, 2788), Maksim Vaşi-Lagrav (Fransa, 2716) o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (FİDE reytinqində 13-cü yer, 2756), Teymur Rəcəbov (20-ci yer, 2738)  və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov (92-ci yer, 2658) iştirak edəcək.

Turnirin mükafat fondu 100 000 avro təşkil edir.

Azərbaycan qeyri-neft sektorunun ən iri yerli investiya qruplarından biri sayılan "Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə baş tutacaq yarışın keçirilməsində əsas məqsəd məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, ölkədə şahmatın inkişafına dəstək olmaqdır.

"Synergy Group"un İdarə Heyəti Sədrinin 1-ci müavini və turnirin Təşkilat Komitəsinin sədri Fəxriyar Cabbarov bildirmişdir ki, “ShamkirChess2015” Azərbaycanda intellektual oyunların və şahmatın inkişafına tövhə verdiyi ən mötəbər beynəlxalq tədbirlərdəndir: "Biz sevirinik ki, 16-26 aprel tarixində şahmat üzrə dünya çempionları, Vüqar Həşimovu sevənlər, onunla birgə çalışanlar və eyni zamanda şahmat həvəskarları bizimlə birgə Şəmkirdə olacaqlar. Şahmatı sevənlər Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik kimi qrossmeysterlərin oyununu canlı izləmək imkanı əldə edəcək. Bu sadəcə şahmat turniri deyil, çünki, dünyanın aparıcı şahmat ulduzlarının iştirak etdiyi yarış 10 gün ərzində Azərbaycanı dünyanın şahmat mərkəzinə çevirəcək. "Synergy Group" olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına tövhə veririk”.

Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. 10 gün davam edəcək turnirin açılış mərasimi 16 apreldə olacaq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.