16 oktyabr 2014 11:35

Fabioano Karuana: Teymurla Şəhriyara həsəd aparırdım

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin qalibi İtaliya təmsilçisi Fabiano Karuana turnirin yekunuyla bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Qran-Prinin təşkilatçılığı yüksək səviyyədə idi. Bütün təşkilatçılara təşəkkür edirəm. İstirahət günündə Bakıyla yaxından tanışmaq olmaq imkanı qazandım. Bu şəhər mənim xoşuma gəlir. Həm gözəldir, həm də mənim oyunum Bakıda alınır. Əgər şahmatçının oyunu alınırsa deməli şəhər ona düşür. Qran-Pridə qələbə qazanmaq xoşdu. Amma nəticə əldə etmək çox çətin oldu. Rəqabət çox yüksək idi. Hər bir görüşdə məğlubiyyət və ya qələbə mümkün idi. Hər bir rəqib maksimum nəticəyə oynayırdı. Məğlub olduğum görüşlər mənə turnirdə qələbə qazanmağa kömək etdi. Tez toparlandım. İlk turlarda çoxlu sayda qələbə şanslarımı - üstünlükləri boşa verdim. Sonra qələbə qazandım. Məğlubiyyətlərin olmağını istəməzdim,amma qaçılmaz oldu. Əsas məqsəd Qran-Pridən iddiaçılar turnirinə vəsiqə qazanmaqdır. Sonra isə dünya çempionluğu matçı barədə düşünmək olar. Fikrimcə mən Bakıda bütün potensialımı göstərə bilmədim. Bir neçə partiyada yolverilməz səhvlər etdim. Əlavə göstəricilərə görə 1-ci olsamda, özümü qələbəyə layiq hesab etmirəm. Daha yaxşı oyunla şəriksiz lider ola bilərdim".

Karuana həmçinin Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun çıxışı barədə danışıb: "Həm Teymur, həm Şəhriyar bütün potensialını göstərmədi. Bu şahmatçılar dünyada seçilən qrossmeysterlərdir. Mən şahmat aləmində o qədər tanınmayanda Teymurla Şəhriyarın oyununa həsəd aparırdım. O zaman artıq onlar böyük turnirlərdə güclü şahmatçılarla mübarizə aparırdı. İndiki halda onlarla bir turnirdə iştirak etmək mənim üçün sevindiricidir. Fikrimcə, hər iki şahmatçının Qran-Prinin növbəti mərhələlərində sözünü deməm imkanı var. Məmmədyarovun Gelfand, Rəcəbovun isə Qrişuk üzərində qələbəsi yaddaqalan oldu. Bu iki şahmatçı istənilən rəqibə problem yaradacaq gücdədi".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.