13 oktyabr 2014 19:40

Boris Gelfand: Azərbaycan futbol millisi ikinci dərəcəli komandadı

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 10-cu turunda İsrail təmsilçisi Boris Gelfand Azərbaycan şahmatçısı Teymur Rəcəbova qalib gəlib. Azerisport.az xəbər verir ki, Rəcəbov məğlub olduğu görüş haqda bunları deyib:

"Debüt seçimimdən razı qalmadım. Yanlış seçim oldu. Səhv etdikdən sonra onu düzəltmək çətinlik törətdi. Gelfand yaxşı oynadı və bundan istifadə etdi. Qarşıda bizi son tur gözləyir. Bakıdan sonra Qran-Prinin daha iki mərhələsində iştirak edəcəm. Həmin turnirlərdən sonra iddiaçılar turnirinə yollanacaq şahmatçılar məlum olacaq. Şanslar hər zaman var".

Boris Gelfand jurnalistlərin İsrail və Azərbaycan şahmatçılarının oyununu futbol üzrə milli komandayla müqayisə edilməsinin əleyhinə çıxdı: "Həm İsrail, həm də Azərbaycan futbol yığmasına hörmətlə yanaşıram. Amma mənimlə Teymurun oyununu futbol üzrə milli komandaların görüşüylə müqayisə etmək düzgün deyil. Həm İsrail, həm Azərbaycan futbol yığması ikinci dərəcəli komandalardı. Futbolda dəbi diqtə edən, liderlər sırasından çox uzaqdılar. Hər iki ölkədə futbol ürəkaçan vəziyyətdə deyil. Amma şahmatda Teymurla mən dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə uğrunda yarışırıq. Müqayisəni qəbul etmirəm. Oyuna gəldikdə, Teymur səhv etdi və mən bundan istifadə etdim. Revanş adlandırmazdım. Şəhriyara uduzdum, sonra Teymura qalib gəldim. Bu şahmatdı. Hər bir şahmatçı qələbə qazana bilir, həm də məğlub olur. Son tura lider kimi qədəm qoymaq yaxşıdı. Amma Qran-Prinin Bakı mərhələsində qələbə qazanmaq daha xoş olardı".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.