13 oktyabr 2014 19:20

Şəhriyar Məmmədyarov: Risk olsaydı, rəqib üstünlük qazana bilərdi

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 10-cu turunda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamurayla heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, partiyadan sonra Məmmədyarov oyunu haqda danışıb:

"Oyun heç-heçəyə gedirdi. Artıq gedişlər təkrarlanırdı. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Hərçənd risk olsaydı, ağ fiqurlar hətta üstünlük qazana bilərdi. Ona görə heç-heçə etməklə düzgün qərar qəbul etdim. Özümə gəldikdə turniri major notda bitirmək istərdim. Ona görə son turda yalnız qələbə haqda düşünəcəm. Qran-Pri mənim üçün qeyri-sabit oldu. Əvvəlcə iki məğlubiyyət, sonra bir qələbə. Son turda qələbə qazanmaqla yarışı yaxşı əhval-ruhiyyədə başa vurmaq istərdim".

Hikaru Nakamura isə oyun üslubunun Şəhriyar Məmmədyarovla oxşar olduğunu deyib: "Əlbəttə, üstünlük qazanmaq yaxşı olardı. Lakin partiya bərabər səviyyədə davam etdi. Ona görə heç-heçəni normal nəticə sayıram. Məmmədyarovla oyun üslubum oxşardı. Maraqlıdı ki, Şəhriyarla oyunum hər zaman maraqlı mübarizə şəraitində keçir. Onunla oynamaq mənim üçün maraqlıdı. Şəhriyar sona qədər oynayır və hər zaman maraqlı gedişlərlə fərqlənir".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.