12 oktyabr 2014 21:00

Məmmədyarov: Şahmat nərddən daha yaxşıdı

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 9-cu turunda Şəhriyar Məmmədyarov İsrail təmsilçisi Boris Gelfand üzərində qələbə qazanıb. Azerisport.az xəbər verir ki, Sumqayıt şahmat məktəbinin yetirməsi qələbədən sonra jurnalistlərin sualına cavab verib:

"İstirahət günü Boris Gelfandla oyuna hazırlaşarkən düşündüm ki, hələ heç nə itirilməyib. Başa düşürəm ki, bir qələbə vəziyyətimi düzəltməyəcək. Oyundan əvvəl çinli biznesmen Cek Manın müsahibəsini oxumuşdum. Orada deyilir ki, hər gün yenidən başlayır. Hər günə yenidən hazırlaşmaq lazımdır. 2 lap 3 məğlubiyyətim olsa belə hər zaman mübarizə aparıram. Sona qədər mübarizə aparıram. Dünən gecə kompyuterdə nərd oynayırdım. Uduzandan sonra fikirləşdim ki, şahmat nərddən daha yaxşı oyundur. Şahmatda daha yaxşı oynaya bilirəm. Sözsüz qarşıda bütün şahmatçıları həm qələbə, həm məğlubiyyətlər gözləyir. Əgər 60-70 yaşa qədər oynayacayıqsa deməli məğlubiyyətlər də olacaq. Autsayder olan Andreykin lider Karuanaya qalib gəldi. Deməlin turnirdə zəif rəqib yoxdur. Bu idmandır və hər bir nəticəyə hazır olmalıyıq. Oyuna gəldikdə ağlar daha yaxşı başladı. Üstünlüyümün olduğunu görürdüm. Müxtəlif gedişlər var idi. Konkret oynamaq lazım idi. Bu qələbə növbəti oyunlara daha yaxşı hazırlaşmağa kömək edəcək. Maraqlıdır ki, Mixail Talın xatirə turnirində mən lider idim və turnirin qalibi olmağım üçün heç-heçə lazım idi. Həmin vaxt autsayder olan Gelfandla oynadım və uduzdum. Statistikaya əsasən Gelfand mənim üçün uğursuz rəqib sayılır. Bu qələbəylə iddiaçılar turnirindəki məğlubiyyətin əvəzini çıxdım. Kazanda keçirilən iddiaçılar turnirində ilk mərhələdə məhz Gelfanda uduzub yarışı tərk etdim. Fikrimcə məğlub olmaq problem deyil. Problem həmin məğlubiyyətdən sonra qələbəyə oynamamaqdır. Mən hər bir vəziyyətdə qələbəyə oynamağa çalışıram".

Boris Gelfand isə rəqibin oyuna yaxşı hazırlaşdığını deyib: "Məmmədyarov yaxşı hazırlaşmışdı. Ağlar yaxşı başladı və üstünlük qazandılar. Bəzi gedişləri tapa bilmədim və nəticə yaxşı olmadı. Etibarlı debütlə başlamışdım. Sadəcə sığortalana bilmədim. Məğlub olmaq istəmirdim, lakin xilas olmaq alınmadı".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.