10 oktyabr 2014 19:55

Teymur Rəcəbov: "Rəqibin debütündən sonra yaxşı vəziyyət almadım"

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirində 8-ci turda Teymur Rəcəbov Yevgeni Tomaşevskiylə heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, partiyadan sonra Rəcəbov jurnalistlərin suallarına cavab verib:

"Rəqibin debütündən sonra yaxşı vəziyyət almadım. Əlbəttə, vəziyyətləri təhlil etmişdim. Belə vəziyyətlərdə çox oyunlarım olub. Heç-heçə bu oyun üçün normal nəticədir. Fikrimcə hələlik turnir cədvəli haqda danışmaq düzgün deyil. Qarşıda 3 tur var. Üstəlik Qran-Prinin digər iki mərhələsində də oynayacam. Yalnız sonda iddiaçılar turnirinə yollanan şahmatçıların adı məlum olacaq".

Yevgeni Tomaşevski isə nəhayət Bakı Qran-Pri turnirində ilk qələbəsini qazanmaq arzusunda olduğunu deyib: "Turnirdə ancaq heç-heçə oynayıram. Ona görə bu gün qələbə qazanmaq istəyirdim. Heç-heçələrim çoxdur. Bir vacib gedişə ehtiyac var idi. Həmin gedişi tapa bilmədim. Müxtəlif gedişlər var idi. Sadəcə düzgün yolu tapmaq lazım idi. Təəssüf ki, lazımi çıxış yolu tapılmadı. Heç-heçə normal nəticədir. Son turlarda nəhayət qələbə qazanmağa çalışacam".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.