10 oktyabr 2014 19:25

Məmmədyarov: Psixoloqa müraciət etmək barədə düşünməliyəm

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirində 8-ci turda Şəhriyar Məmmədyarov Sergey Karyakinlə heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, Məmmədyarov partiyadan sonra mətbuat konfransında suallara cavam verib:

"Debütlə özümü təəccübləndirdim. Hətta Andreykin partiyadan sonra maraqlı gedişlərin olduğunu dedi. Amma həmin gedişləri görmədim. Piyadaların gedişi məni çaşdırdı. Pozisiyalar maraqlı idi. Amma vaxt çatrmırdı. Ona görə tez qərar qəbul edirdim. Heç-heçə oyuna uyğun nəticə oldu. Nəzərə alsaq ki, ağların üstünlüyü var idi. Sadəcə onlar istifadə edə bilmədi. 8 turdan sonra turnir cədvəlindəki mövqeyimi düzəltmək üçün şanslarım var. Gərək son 3 turda daha yaxşı oynayım".

Məmmədyarov şahmat mütəxəssisi Gennadi Sosonkonun psixoloqa müraciət etməyi ona məsləhət verməsinə münasibət bildirib: "Sosonkonun mətbuata verdiyi açıqlamanı oxumuşam. Bilirsiniz, mənim üçün də maraqlıdır. Axı 2014-cü ildə keçirilən turnirlərdə yüksək performans göstərmişəm. Amma Şəmkirdə, Bakıda oyunum alınmır. Bu barədə ciddi düşünməliyəm. 2016-cı ildə Bakıda şahmat olimpiadası keçiriləcək. Əgər olimpiadada zəif çıxış etsəm çoxları məyus olacaq. Rahat oynamaq lazımdır. Xarici ölkələrdə olduğu kimi Bakıda rahat oynaya bilmirəm. Ciddi düşünməliyəm. Psixoloqa müraciət etmək barədə düşünəcəm. Əsas bu problemi həll etməkdir. Azərbaycanda oynayanda ev yaxındır, doğmalarımın dəstəyini hiss edirəm. Bəlkə buna görə istədiyim oyunu göstərə bilmirəm. Əsas odur ki, problemi həll edim. Doğma diyarda reytinqimi itirməyim. Çalışmaq lazımdır. Rahat oynamaq üçün problemi həll etməyə çalışacam".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.