9 oktyabr 2014 18:50

Şəhriyar Məmmədyarovla Yevgeni Tomaşevskidən heç-heçəyə şərh

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 7-ci turunda Şəhriyar Məmmədyarov Yevgeni Tomaşevskiylə heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, Məmmədyarov partiyadan sonra oyunu haqda belə danışıb:

"5 turdan sonra demişdim itiriləsi heç nə yoxdur. Son 2 turda risk etməyə çalışdım. Sadəcə uduşa gedən yollar asan deyil. Bu gün keçirilən partiyada üstünlük var idi. Böyük üstünlük deyildi. Bütün fiqurlarım yerində olsa da, güclü üstünlük hiss olunmurdu. Qələbə üçün ideal vəziyyət yaranmadı. Hiss etdim ki, rəqib üstünlük qazana bilər. Onda vəziyyət çətinləşəcəkdi. Uduzmaq istəməzdim. Ona görə heç-heçəylə razılaşdıq. Nəzərə alaq ki, uduş yox idi. Belə də risk özünü doğrultmaya bilər".

Yevgeni Tomaşevski partiya haqda belə danışıb: "Qeyri-adi gedişlər etsəm də, üstünlük əldə etmədim. Ağlar üstünlüyə malik olsa da, vəziyyət inkişaf etmədi. Pozisiya mürəkkəb görünürdü. Mənim də üstünlük qazanmaq imkanlarım var idi. Sadəcə oyun maraqlı olsa da, açılış çətin görünürdü. Heç-heçə normal nəticədir. Partiya üçün bundan artıq irəliləyiş görünmürdü".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.