9 oktyabr 2014 11:45

Teymur Rəcəbov: Qələbə qazanmaq hər zaman xoşdu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 6-cı turunda Aleksandr Qrişuka qalib gəlib. Azerisport.az xəbər verir ki, qələbədən sonra Rəcəbov təəssüratlarını jurnalistlərlə bölüşüb:

- İlk olaraq partiya haqda fikirlərini söyləyərdiz...
- Oyuna qara fiqurlarla yaxşı başladım. Debüt "qədim hind" müdafiəsiylə oldu. Təhlükəli gedişlər oldu. Rəqib imkan verdikcə hücum davam etdi və fiqurların dəyişilməsi də üstünlüyü azaltmadı. Ağlar üçün çətin pozisiya alınmışdı. E8-dən sonra qələbə şansları artdı. Maraqlı partiya idi. Çox sevinirəm ki, qələbə qazandım. Qələbə qazanmaq hər zaman xoşdur. Sözsüz, turnirdə hər bir oyuna xüsusi hazırlaşırdım. 6-cı turda qələbə qazandım. Turniri yaxşı nəticəylə başa vurmağa çalışacam.

- Sizin məşqçiniz Vladimir Çuçelov söylədi ki, partiyanın gedişində onu həyəcanlandırdız...
- F7f5 gedişini deyirsiniz. Əslində, bu məntiqli gediş oldu. Çünki, oyunun gedişində rəqib buna imkan verdi. Bu gedişlə şah olan cinaha hücum etmək mümkün oldu. Getdikcə fəallığı artırdım və nəhayət f5 gedişi oldu.

- Qran-Pridə ilk qələbəni qazandın. Bu nəticə növbəti oyunlarda daha yaxşı oynamağa imkan verəcək?
- İlk qələbə yaxşıdı. Hər zaman daha yaxşı oynamağa çalışıram. Turnirdə növbəti oyun haqda düşünürəm və çalışıram yaxşı nəticə qazanım. Sabah başqa rəqib olacaq və mən hər şeyə yenidən başlayacam. Qran-Pridə zəif rəqib yoxdur. Hər bir rəqib yaxşı oynamağa çalışır. Burada rəqabət çox güclüdü.

- Bu qələbədən sonra siz 3-5-ci yerləri bölüşürsüz...
- Hər tur cədvəldə dəyişiklik ola bilər. Mən son nəticə haqda indi danışmaq istəməzdim. Qarşıda bizi 5 tur gözləyir. Bu kifayət qədər oyun edir. Biz turnirin ekvator xəttinə yaxınlaşmışıq.

- Hər halda əsas nəticə iddiaçılar turnirinə vəsiqə qazanmaqdır. Qrişukla oyundan sonra daha yaxşı əhval-ruhiyyədə oynamaq olar....
- Fabioano Karuana yaxşı oyunla reytinqini artırdı. Onun yüksək reytinqi iddiaçılar turnirinə yolunu asanlaşdırır. Yəni, reytinqə görə turnirə vəsiqə qazana bilər. Digər şahmatçılar Qran-Pridəki iki vəsiqə uğrunda yarışır. Bakıdan əlavə turnirin digər ölkələrdə keçiriləcək 3 mərhələsi olacaq. Ümumilikdə 4 mərhələdə yarışmalıyıq. Ona görə indidən yekun barədə danışmaq düzgün deyil.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.