8 oktyabr 2014 00:12

Məmmədyarov və Qrişukdan heç-heçəyə şərh

Bakıda keçirilən şahmat üzrə Qran-Prinin 5-ci turunda Şəhriyar Məmmədyarovla Aleksandr Qrişuk heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, partiyadan sonra Məmmədyarov oyunu haqda danışıb:

"İstirahət günü şahmatdan uzaq olmağa çalışdım. Bir qədər dincəlmək istəyirdim. İlk dəfə turnir zamanı oteldə nahar etdim. Oyun günləri səhər məşq etdiyim üçün yeməyə çatmırdım. Axşam isə nəticəyə görə əhvalım pis olurdu və nahara getmirdim. Fürsətdən istifadə edib istirahət günü dostumun toyuna getdim. Oyuna gəldikdə debütdən sonra üstünlüyüm olmadı. Əksinə rəqib müəyyən mənada üstünlük qazandı. Hər ikimizə tanış oyun təkrarlanırdı. Oyun heç-heçəyə gedirdi və buna görə nəticə oyuna görə oldu. Növbəti turlarda nəticəyə oynamalıyam. Lazım olanda risk etməliyəm. Artıq mənim üçün itiriləsi heç nə yoxdur. Sözsüz, qarşıda 6 tur var və turnirdəki mövqeyimi dəyişməyə imkanım olacaq".

Aleksandr Qrişuk da nəticədən razı qaldığını bildirib: "Oyunun heç-heçəyə getdiyi məlum idi. Hiss olunurdu ki, heç-heçə olacaq. Təhlil olunan və hazırlığa əsasən gedişlər edirdim. Xoşagəlməz hallar oldu. Üstünlüyüm olsa da, istifadə edə bilmədim. Şəhriyar partiyanı heç-heçəyə daşıdı. Bu mənada nəticə hər ikimizi razı saldı. Hər halda üstünlükdən istifadə edə bilmədim. İstirahət günü otağımda dincəldim. Yatdım və turnir haqda fikirləşdim. Növbəti tura daha yaxşı hazırlaşacam".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.