6 oktyabr 2014 00:40

Teymur Rəcəbov: Nəticədən razı qaldım

Bakıda keçirilən Qran-Pri turnirinin 4-cü turunda Teymur Rəcəbov Dmitri Andreykinlə heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, Rəcəbov nəticədən razı qaldığını deyib:

"Ağların üstünlüyü var idi. Ona görə qara fiqurlarla heç-heçə oynamaqdan razı qaldım. Təhlükə var idi, ona görə vəziyyəti yaxşılaşdırmaq mümkün deyildi. Qaralarla rəqibi çaşdırmağa çalışdım. Amma rəqib səhvə yol vermədi. Klassik şahmatda ilk dəfə Andreykinə qarşı oynadım. Fikrimcə maraqlı partiya alındı. Ümumilikdə 4 turda 3 dəfə qaralarla oynamışam. Ona görə çıxışımı normal qiymətləndirirəm. Hələ qarşıda oyunlar var. İndidən sonluq barədə danışmaq istəmirəm".

Dmitri Andreykin isə üstünlüyünün olduğunu etiraf edib: "Qaralar çox inamlı oynadı. Ağlar üstünlüyə malik olsa da vəziyyəti inkişaf etdirə bilmədik. Turnirdə 4 tur arxada qalıb. Çıxışımdan razı qalmamışam. Əlbəttə, gərək istirahət günü bir qədər düşünməliyəm. Oyuna fərqli hazırlaşmağa çalışacam. Ümumi nəticə barədə sonda düşünmək olar. Bu gün partiya heç-heçəyə yaxın olduğu üçün bu nəticəyə razılaşdıq".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.