4 oktyabr 2014 18:50

Rəcəbov və Svidlerdən heç-heçəyə şərh

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirində 3-cü turun bir görüşü başa çatıb. Azerisport.az xəbər verir ki, Teymur Rəcəbov Pyotr Svidlerlə heç-heçədən sonra mətbuat konfransında partiya haqda danışıb:

"Hər iki tərəfdən maraqlı gedişlər var idi. Narahatlıq yaradacaq məqamlar olsa da, oyun heç-heçəyə doğru gedirdi. Fiqurları dəyişsək belə üstünlük qazanmadıq. İlk 3 turdan sonra nəticə barədə danışmaq çətindir. Qran-Pri 4 mərhələdən ibarətdir. Bizi maraqlı oyunlar gözləyir. Fürsətdən istifadə edib Azərbaycan xalqını bayram münasibətiylə təbrik edirəm. Qran-Pri çox vacib yarışdır. Belə turnirlər zamanı fikrimiz ancaq şahmatda olur. Ad günü, bayram tədbirlərindən uzaq oluram".

Pyotr Svidler isə nəticənin oyuna görə olduğunu deyib: "Debütdən üstünlük qazanmadım. Partiya heç-heçəyə doğru gedirdi. 100 belə oyun olsa belə 99-u heç-heçə başa çatar. Üstünlük heç bir tərəfdə yox idi. İlk üç turu özüm üçün normal qiymətləndirirəm. 2 oyunda qaralarla mübarizə apardım. Ötən tur Şəhriyarı məğlub etdim. Hərçənd Məmmədyarovla görüşdə üstünlüyü özü mənə verdi. Partiya zamanı üstünlük qazanmamışdım. Mənim üçün çox vacib turnirdi. İstəyirəm mümkün qədər uğurlu çıxış edim. O, mənada turnir zamanı hətta həftənin hansı gün olduğunu unuduram".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.