4 oktyabr 2014 16:05

Elman Rüstəmov: Şahmat üzrə Dövlət Proqramının daha 5 il müddətinə artırılması mümkündü

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov jurnalistlərə açıqlamasında Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Qran-Pri şahmat sevərlər üçün əsl bayramdır. Bakıda 12 güclü şahmatçı mübarizə aparır. Biz onlar üçün hər cür şərait yaratmışıq. Sözsüz ki, çox istərdik bizim şahmatçılar qələbə qazansın. Həm Teymura, həm Şəhriyara ümid böyükdür. FİDE prezidenti Kirsan İlyumjinovla söhbət zamanı Azərbaycan prezidenti İlham Əliyevin şahmatın inkişafına dair imzaladığı Dövlət Proqramı müzakirə edildi. Proqramın icrası həyata keçirildi. Kütləvilik, şahmatın daha da populyarlaşması üçün işlər görüldü. Millimiz bu illərdə iki dəfə Avropa Çempionu oldu, SOCAR klubu sayəsində iki dəfə Avropa Kubokunu qazandıq.Dövlət Proqramının daha 5 il müddətinə artırılmasına zərurət yaranıb. Bəzi məsələlər var ki, onları reallaşdırmaq lazımdır. Şahmatın daha yüksək səviyyədə təqdim olunması üçün bu vacibdir. İnfrastruktur artıq yaradılıb. Ölkədə 65 uşaq şahmat məktəbi fəaliyyət göstərir. Eyni zamanda FİDE rəhbərliyini əmin etdik ki, Azərbaycan gələn Dünya Kuboku, 2016-cı ildə isə şahmat olimpiadasını yüksək səviyyədə keçirəcək".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.