2 oktyabr 2014 20:48

İlyumjinov: Ermənistan yığmasının Bakıya gəlməsini Sarkisyanla müzakirə edəcəm

FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycan jurnalistlərinə açıqlamasında ölkəmiz haqda və şahmat üzrə Dövlət Proqramı haqda danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Azərbaycanda olmaqdan məmnunam. Qran-Pri turnirini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman naziri, Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm. FİDE-ya 181 ölkə üzv olub. Amma yalnız Azərbaycanda şahmatın inkişafına görə Dövlət Proqramı var. Bu proqram 2009-2014-cü illəri əhatə edir. Dövlət Proqramı müvafiq strukturlar tərəfindən yerinə yetirildi. Azərbaycan mötəbər yarışları qəbul etdi. Eyni zamanda yığmanız iki dəfə Avropa çempionu olub. Nəticələr hamıya məlumdur. Yəqin, yaxın aylarda Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüz olacaq və orada mən Dövlət Proqramının vaxtının uzadılması barədə danışacam. Gələn il Bakıda Dünya Kuboku var, 2016-cı ildə şahmat olimpiadası keçiriləcək. Dövlət Proqramının daha 5 il müddətinə artırılması şahmatın inkişafını daha da sürətləndirəcək".

Kirsan İlyumjinov oktyabrın 17-də Ermənistana səfər edəcəyini və orada yerli şahmat qurumunun rəsmiləriylə görüşəcəyini bildirib: "Serj Sarkisyanla görüşümdə Bakıda keçiriləcək Dünya Kuboku və şahmat olimpiadası barədə danışacam. FİDE böyük ailədir. Biz istəyirik ki, Ermənistan yığması Bakıda keçiriləcək şahmat olimpiadasında, onların şahmatçıları isə 2015-ci ildə baş tutacaq Dünya Kubokunda iştirak etsin. Bununla bağlı müzakirələrimiz olacaq. Ötən dəfə Ermənistanda olarkən bir daha bildirmişdim ki, onlar Dünya Kuboku və şahmat olimpiadasında iştirak etməlidir. Biz bütün komandaların turnirdə mübarizə aparmasını istəyirik".

Qeyd edək ki, Azərbaycan Ermənistan komandasının təhlükəsizliyinə dövlət səviyyəsində zəmanət verib.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.