2 oktyabr 2014 18:10

Şəhriyar və Teymurdan heç-heçəyə şərh

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Qran-Pridə Teymur Rəcəbovla heç-heçə oynamasını şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Biz 20 ildi şahmatda rəqib oluruq. 20 il əvvəl ilk dəfə Azərbaycan çempionatında Teymura qarşı oynamışam. O vaxt cəmi 1 il idi şahmatla məşğul olurdum. Görüşün əvvəlində üstünlük qazandım, sonra Teymura heç-heçə təklif etdim. O, razılaşdı. Zalı tərk edəndən sonra atalarımız bu nəticəyə çox sevinirdilər. Teymurla birgə uzun müddətdi Azərbaycan millisinin şərəfini qoruyuruq. Bakıda oynamaq məsuliyyəti artırır. Ötən silsilədən olan Qran-Prinin iki mərhələsində qalib olmuşam. Yenə də görürəm ki, Bakıda oynamaq çətindi. Məsuliyyət çoxdu. İndiki Qran-Pri ən güclüdü. Belə güclü heyət olmayıb. Burada autsayder sonda 1-ci ola bilər. Və ya favorit sonda axırıncı yeri tuta bilər. 6 il əvvəl ilk dəfə Bakıda keçiriləndə heyət o qədər güclü deyildi. Şahmat inkişaf edir. Maraqlıdı ki, mənim reytinqim, oyunum dəyişilməz qalıb. Buna həm mənfi, həm də müsbət yanaşmaq olar. Artıq şahmatda 2780 reytinqlə ilk beşliyə düşmək olmur. 6 il ərzində iki dəfə Avropa çempionu olmuşam, iki dəfə Avropa Kubokunu qazanmışam. Bu nəticələr göstərir ki, düzgün yoldayıq. İllər hədər olmayıb".

Teymur Rəcəbov ilk partiya haqda bunları deyib: "Son oyunlarımızda heç-heçə oynayırıq. Amma elə oyunlar olub ki, risq edərək vəzir və topları da qurban vermişik. Hər ikimiz qələbə qazanmaq istəyirdik. İlk dəfə Bakıda bir turnirdə qarşılaşmışdıq. Həmin oyunu xatırlayıram. Millidə də aramızda əla münasibət formalaşıb. Hər zaman Azərbaycanın qələbəsi üçün əlimizdən gələni edirik. Son dəfə Şəmkirdə rəqib olmuşuq. İndiki yarışda da uğur qazanmaq istəyirik. Heyət güclüdü. Yekun haqda danışmaq çətindi".

Hər iki şahmatçı təşkilatçılığı yüksək qiymətləndirib. Qran-Pri turnirində şahmatçılar üçün hər cür şəraitin yaradıldığı qeyd olunub.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.