2 oktyabr 2014 00:30

İlyumjinov: Heydər Əliyev olmasaydı, Vaynşteyn dünya çempionu Kasparov olmayacaqdı

Bakıda Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-pri turnirinin üçüncü mövsümünün açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirin əvvəlində ilk dəfə 2008-ci ildə Bakıda keçirilən Qran-pri turnirinin qalibi Vüqar Həşimovun qələbəsinə və son illər Azərbaycan şahmatının nailiyyətlərinə həsr edilən videoçarx nümayiş olunub. Sonra Vüqar Həşimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından və idmançılarımızın qazandıqları nailiyyətlərdən danışıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev bütün sahələrlə yanaşı, gənclərin mənəvi tərbiyəsində, fiziki və zehni inkişafında mühüm vasitə olan idmana da həmişə böyük diqqət göstərib. Azad Rəhimov deyib ki, idmanın bu növü üzrə ilk Dövlət Proqramı məhz Azərbaycanda imzalanıb. Prezident İlham Əliyevin şahmatın inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramı uğurla həyata keçirilməkdədir. Məhz bunun nəticəsidir ki, kişi şahmatçılardan ibarət millimiz iki dəfə Avropanın ən güclü komandası seçilib. “SOCAR-Azərbaycan” klubu iki dəfə Avropa kubokuna sahib çıxıb. Azad Rəhimov xatırladıb ki, ilk dəfə 2008-ci ildə keçirilmiş turnir mərhum qrossmeysterimiz Vüqar Həşimovun qələbəsi ilə başa çatmışdı. Nazir əminliklə bildirib ki, bu turnirdə də bütün iştirakçılar öz qələbələrini unudulmaz Azərbaycan şahmatçısının xatirəsinə həsr edəcəklər.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov belə bir turnirin yenidən ölkəmizdə keçirilməsinin xoş bir ənənə, bütün idmançılar üçün sevindirici hal olduğunu qeyd edib. O, bütün nailiyyətlərə verilən beynəlxalq qiymətin məhz birinci Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi olduğunu vurğulayıb.Onun sözlərinə görə 2015-ci ildə Dünya Şahmat Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində təşkil olunması ölkəmiz üçün tarixi hadisədir. AŞF prezidenti hər iki turnirin yüksək səviyyədə keçiriləcəyinə inandığını deyib.

FİDE prezidenti Kirsan İlyumjinov çıxışında turnirin yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O deyib ki, FİDE-nin 181 üzvü arasında şahmatın inkişafı üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlət Azərbaycandır. K.İlyumjinov vurğulayıb ki, Prezident İlham Əliyevin idmanın, xüsusilə şahmatın inkişafına göstərdiyi diqqət digər ölkələrə də nümunə olmalıdır.  FİDE prezidenti Ulu Öndər Heydər Əliyevin sovet dövründə şahmatın inkişafına böyük töhvə verdiyini söyləyib:

"Mən Heydər Əliyevdən aldığım məsləhətlər sayəsində işimdə çoxlu səhvlərdən sığortalanmışam. Eyni zamanda məhz Heydər Əliyevin sayəsində Harik Vaynşteyn dünya çempionu Harri Kasparova çevrilib. Əgər o Harikə qayğı göstərməsəydi, şahmat aləmi onu 13-cü dünya çempionu kimi tanımazdı. Şahmatın inkişafı istiqamətində gördüyü işlərə görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".

Tədbir püşkatma mərasimi və incəsənət ustalarının çıxışıyla yekunlaşıb.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.