15 avqust 2014 13:55
Şəhriyar Məmmədyarov: Bəxtimiz gətirsəydi, nəticə fərqli olacaqdı
Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov kişi şahmatçılarımızın Olimpiadadakı çıxışını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bütün komandaya təşəkkür etməliyəm. Yaxşı oynadıq. 2-5-ci yerləri bölüşdürdük. Müəyyən məqamlarda bəxtimiz gətirmədi. Bəxtimiz gətirsəydi, tam fərqli nəticə olacaq. Bununla belə gələn olimpiada bizim üçün daha vacib olacaq. İnanırıq ki, Bakı olimpiadasında şahmatçılarımız üçün hər şey əla olacaq".
