2 avqust 2014 00:12

Məmmədyarov: Şahmat Olimpiadasında Vüqarın arzusunu reallaşdırmaq üçün mübarizə aparacağıq

Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov azerisport.az saytına müsahibəsində Norveçdə keçirilən şahmat olimpiadasından, millinin şanslarından danışıb.

- Norveçdə keçirilən şahmat olimpiadasına hazırlıq necə keçdi?
- Artıq təlim-məşq toplanışımız başa çatıb. Son günləri Qaxda keçirdik. Kapitan Aleksandr Xalifmanla birgə hazırlaşdıq. Hər zaman olduğu kimi olimpiadaya böyük ümidlərlə yollanırıq. Təəssüf ki, indiyə qədər millimiz olimpiadada medal qazanmayıb. Nədənsə, bəzən uğurlu başlasaqda sonrada yaxşı başa vurmamışıq. Bu dəfə Azərbaycan millisi reytinqə görə 8-ci komandadı. Sözsüz ki, bizi çətin mübarizə gözləyir. Bütün rəqiblər əsas heyətlə yarışacaq. Bununla belə uğurlu çıxış edəcəyimizə ümidimiz var.

- Uğurlu çıxış deyəndə nəyi nəzərdə tutursan?
- Əlbəttə, mükafatçılar sırasına düşməyi. Medal qazanmasaq çıxışımıza uğurlu deyə bilmərik. İlk üçlükdən başqa digər yerlər mənim üçün uğurlu sayılmayacaq. Azərbaycan millisi uzun müddətdir Avropa çempionatlarında uğurla çıxış edir. Ötən il qitə birinciliyində Avropa çempionu olduq. Olimpiadaya hazırkı Avropa çempionu kimi yollanırıq. Bizimlə görüşə xüsusi hazırlaşacaqlar. Bu mənada hər bir görüşə qələbə üçün çıxacayıq. Proqnoz vermək çətindir. Amma biz həm də Vüqar Həşimovun arzusunu reallaşdırmaq istəyirik.

- Vüqar hər zaman olimpiadada medal qazanmağı arzulayırdı...
- Vüqar sadiq komanda yoldaşımız olub. Norveçə yollanmazdan əvvəl onun xatirə turnirində iştirak edən uşaqlarla seansda iştirak etdik. Fikrimcə bu turnir komandamız üçün əsl motivasiya olacaq. Vüqar bütün turnirlərdə Azərbaycanı layiqincə təmsil edib. Biz də onun arzusunu həyata keçirmək istərdik. Norveçdə həm də Vüqar üçün mübarizə aparacayıq. O, hər zaman bizimlədi.

- Kapitan Aleksandr Xalifman lövhələr üzrə bölgünü necə aparıb?
- Bu barədə söhbət olmayıb. Mənim üçün fərqi yoxdur. Kapitan dediyi kimi olacaq. Fikrimcə reytinq üzrə bölgü olacaq. Təlim-məşq toplanışında gözəl mühit var idi. Əsas mübarizə aparmaqdır. Olimpiadada rəqabət çox güclü olacaq. Son olimpiadada son turlarda oynamaq çətin olur. Mükafatçılar sırasına düşmək şansımız var. Düşünürəm ki, bu olimpiada bizim üçün düşərli olacaq.

- Norveçdə əsas rəqib kim olacaq?
- Rusiya, Ukrayna, Ermənistan komandalarına qarşı oyunlar həm də prinsipial olur. Çünki, onlar medala əsas namizəd sayılır. Güclü rəqiblərlə oyunda adi səhv bağışlanmayacaq. Çalışacayıq əvvəlki səhvləri təkrarlamayaq. Bizdən hər zaman yaxşı nəticə gözləyirlər. Ümidləri doğrultmaq vaxtı çatıb artıq. Milli üzvləri məsuliyyətin böyük olduğunu yaşa anlayır. İlin əsas şahmat yarışıdır. Azərbaycan üçün ikiqat vacibdir. Çünki, növbəti şahmat olimpiadası Bakıda keçiriləcək.

- Qadın şahmatçılardan nə gözləmək olar?
- Onlarda hədəflər başqa olur. Reytinqə görə liderlər sırasında olmasalarda hər zaman sona qədər mübarizə aparıblar. Bu dəfə də hamını yaxşı mənada təəccübləndirməyə çalışacaqlar. Hər iki komandamız şahmatsevərləri sevindirməyə çalışacaq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.