2 avqust 2014 14:15

Vüqar Həşimov Kubokunun qalibləri müəyyənləşdi

Ömrünün 28-ci ilində dünyasını dəyişən görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, iyulun 24-də - Vüqar Həşimovun ad günündə start götürən turnirdə 12 yaşadək şahmatçılar mübarizə aparıblar.

Tədbir iştirakçıları əvvəlcə ikinci Fəxri xiyabana gələrək məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsini ehtiramla yad ediblər. Turnirin bağlanış mərasimində çıxış edənlər yüksək səviyyədə keçirilən yarışın şahmatın təbliğində rolundan danışıblar. Daha sonra şahmatçımız Vüqar Həşimovun karyerası zamanı qazandığı uğurlar barədə söhbət açılıb. Vətənini hədsiz dərəcədə çox sevən Vüqarın bütün qələbələrini Azərbaycana həsr etdiyi xüsusi vurğulanıb.

Gərgin idman mübarizə şəraitində keçən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə 9 oyundan 7,5 xal toplayan Bakı şahmatçısı Kənan Qarayev qalxıb. Vüqar Həşimov kuboku ilə təltif olunan K.Qarayev, eyni zamanda, Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak hüququ qazanıb.Gümüş medalın qalibi eyni xalı toplayan Rəvan Əliyev olub. O, “Baku Open - 2014” beynəlxalq turnirinə vəsiqə qazanıb. Bürünc mükafata layiq görülən Məhəmməd Muradlı isə “Naxçıvan Open - 2015” beynəlxalq şahmat festivalında iştirak hüququ əldə edib.Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər təltif ediliblər. Hər yaş qrupunun qalibləri olan oğlanlar və qızlar qiymətli hədiyyələr, medallar və diplomlarla təltif olunublar.

Doqquz turdan ibarət olmaqla keçirilən Vüqar Həşimov memorialında 94 yeniyetmə şahmatçı mübarizə aparıb.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.