23 iyul 2014 12:35

Yeniyetmələrin Respublika Şahmat Olimpiadası başa çatdı

İsmayilli Olimpiada Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası başa çatıb. Azerisport.az xəbər verir ki, “A” və “B” qrupları üzrə keçirilən yarışda 543 idmançı respublikanın 60-dan artıq şəhər və rayonunu təmsil edirdilər. Yarışlar 12 yaşadək  idmançılar arasında “B” və 12 yaşdan yuxarı idmançılar  arasında “A” qrupları üzrə keçirilirdi.

“A”  qrupunda, sonuncu turda Məmmədov Qulamla xalları yarı bölən Naxçıvan şahmatçısı –Pərviz Həşimov  aktivinə  9.5 xal yazaraq olimpiadanın qalibi adını qazandı. Mustafin Andrey, Rəhimli İlkin, Məmmədov Qulam, Hüseynzadə Ceyhun, Feyzullayev Tofiq və İsgəndərov Şəhriyar hərəyə 8.5 xal toplayaraq 2-6-cı yerləri bölüşdürüblər.Əlavə göstəricilərə görə,Mustafin Andrey olimpiadanın ikincisi, Rəhimli İlkin isə üçüncüsü oldu.

”B” qrupunda  isə Sumqayıt şahmatçısı  Murad İbrahimli  11  oyundan 11 xal toplayaraq 100 faizlik nəticə göstərib.Sadiq Məmmədov (NM), Xəzər Babazadə (Biləsuvar), Rahim Əliyev,Sahil Mehrəliyev Fərid Aslanov(hər üçü Sumqayıt),Məhəmməd İsmayılov və Atilla Eynullayev (Bakı) 9 xal toplayaraq 2-8-ci yerləri bölüşdürüblər.

Olimpiada İsveçrə sistemi üzrə keçirilirdi və 11 turdan ibarət idi.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.