1 may 2014 12:12

Ruslan Ponomaryov: Bir daha Vüqarla oynaya bilməyəcəyimə çox məyus oluram...

2002-ci il FIDE dünya çempionu Ruslan Ponomaryov Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess 2014” turniri haqda fikirlərini və mərhum şahmatçımızla bağlı xatirələrini bildirib. Azerisport.az dünya çempionunun qısa müsahibəsinin diqqətinizə çatdırır:
- Vüqar Həşimovun xatirə turnirini izləyirsinizmi? Turnir haqqında fikirlərinizi bizimlə bölüşün.
- Əlbəttə ki, hər bir mötəbər turnir kimi, sözügedən yarışı da izləyirəm və deyim ki, turnir maraqlı hadisələrlə yadda qaldı. Məsələn, dünya çempionun ardıcıl iki dəfə uduzmasını görmək, tez-tez müşahidə olunan hal deyil. Ancaq, düşünürəm ki, bəzi çatışmayan məqamlar var idi. Məsələn, klassik şahmatdan əlavə, blitz turnirini də görmək xoş olardı. Xüsusilə də, nəzərə alsaq ki, Sərxan blitzi çox yaxşı bacarır və qardaşı Vüqara həsr olunan turnirdə onun oyununu seyr etmək çox maraqlı olardı.
- Turnir ənənəvi hal alsa, iştirak etmək istərdinizmi?
-Bu cür turnirin ənənə halını alması çox yaxşı olardı. Beləcə, biz Vüqarı hər il xatırlaya bilərik, ona öz ehtiramımızı bildirərik... və əlbəttə ki, böyük məmnuniyyətlə iştirak edərdim.
- Şəxsən sizin üçün Vüqar Həşimov adı nə bildirir? Onunla bağlı xatirələriniz bizimlə paylaşın.
- Güman ki, Vüqarın adı gələndə, ilk ağlıma gələn, onunla birlikdə keçirdiyimiz son turnir - Pekində Dünya İntellektual Oyunlarından dərhal sonra, 2011-ci ilin dekabrı, 2012-ci ilin yanvar aylarında keçirilmiş Bask sistemi turnirindəki görüşümüzdü. Hər iki turnir zamanı, asudə vaxtımızı çox vaxt dost-tanışlarımız, elə Vüqarın qardaşı Sərxanla birgə keçirirdik. Axşam yeməklərinə birgə çıxır, rəqs etməyə, karaokelərə gedir, əyləncəli vaxt keçirirdik. Bunun Vüqarla keçirdiyimiz son dəfə olduğu ağlıma da gəlməzdi. Sonradan onun səhhəti ilə problemləri olduğunu eşitdim, ancaq düzü ciddi olduğunu düşünməmişdim. Sadəcə, bir müddət şahmat lövhəsindən ayrı düşəcəyini zənn etmişdim. Vəfat etdiyini öyrənəndə şok olmuşdum. Mənə görə, o ən böyük mübarizəni lövhədən kənarda, real həyatda, sağ qalmaq uğrunda edib. Axı, o, heç kimin diqqətini çəkmədən, kömək istəmədən, ən ağır döyüşünü təkbaşına qazanmağa çalışıb. Ancaq lövhə arxasında onun aqressiv oyun tərzini heç vaxt unutmayacağam, xüsusilə də, qaralarla Benonisini. Həqiqətən də, onunla bir daha oynaya bilməyəcəyim üçün çox məyus oluram...

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.