29 aprel 2014 20:11

Sergey Karyakin: Mənə heç-heçələr şahı deməyə tələsməyin

“Shamkir Chess 2014” turnirinin 9-cu turunda heç-heçə oynayan Sergey Karyakinlə Hikaru Nakamura jurnalistlərin suallarına cavab veriblər. Azerisport.az xəbər verir ki, Sergey Karyakin ardıcıl 9-cu heç-heçəni belə izah edib:
"Debütdən gözdən qaçırdığım gedişlər oldu. İstədiyim vəziyyəti görmədim. Əmin olmadığım gedişləri etmək istəmədim. İddiaçılar turnirinə hazırlığı bu yarışda göstərməyə çalışdım. Aronyana hazırlaşdığım taktikadan Nakamuraya qarşı istifadə etməyə səy göstərdim. İdeyalarımı tətbiq etmək mümkün olmadı. Mənə “heç-heçələr şahı” deməyə tələsməyin. Qarşıda son tur var. Hər şey ola bilər. Əgər “Shamkir Chess 2015” keçirilsə, böyük məmnuniyyətlə orada iştirak edərəm".

Hikaru Nakamura isə debütdən üstünlük qazandığını dedi: "Debütdən üstünlük qazandım, amma istifadə edə bilmədim. Üstünlüyü genişləndirmək imkanım olmadı. Rəqib daha yaxşı oynadı. Bir neçə söz Vüqar Həşimov haqda demək istəyirəm. Vüqar mehriban və həyatsevər insan idi. Hətta uduzanda belə gülürdü. Onun adına belə yüksək yarışın keçirilməsi alqışlanmalıdır. Əgər gələn il yenidən bu turnirdən dəvət alsam böyük məmnuniyyətlə iştiraka razılıq verəcəyəm".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.