29 aprel 2014 00:50

Şəhriyar Məmmədyarov: Belə nəticə on ildə bir dəfə olur

“Shamkir Chess 2014” turnirinin 8-ci turunda Hikaru Nakamuraya uduzmuş Şəhriyar Məmmədyarov jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, şahmatçımız bunları söyləyib:
"Debütdən sonra üstünlüyüm var idi. Tələsmədən oynadım. Şansımı qaçırdım. Səhvə yol verəndən sonra oyun qəlizləşdi. Seytnotda çox sadə gedişləri görmədim. Vəziyyət qəlizləşdi və məğlubiyyət qaçılmaz oldu. Uğursuzluğu iddiaçılar turnirindəki çıxışımla əlaqələndirmək istəməzdim. Fikrim başqa yerdədir. Sanki fikrimi cəmləşdirə bilmirəm. Müəyyən problemlər var. Hər şeyi faciə adlandırmaq da olmaz. Belə nəticə on ildə bir dəfə olur. Son dəfə səkkiz il əvvəl Veyk-An-Zee turnirində belə zəif oynamışdım. Fərdi yarışlarda belə uğursuzluğu bağışlamaq olar. Təki, Dünya Kuboku, yığma ilə birgə dünya çempionatı, olimpiada da belə formada olmayım. Vəziyyətlə barışmaq istəmirəm. Səhvlərimi bilirəm. Üzərində işləyəcəyəm. Hələlik, əlbəttə, son iki turda daha yaxşı oynamaq üçün çalışacağam. Turnirin ilk dövrəsində qeydə alınan nəticələr ikinci dövrədə də təkrarlanır".

Hikaru Nakamura isə partiya haqda bunları deyib: "Partiyada hər şey bərabər başladı. Sonra üstünlük qazanmaq üçün şans yarandı. Düzgün oynayaraq, vacib gedişləri etdim. Sevinirəm ki, qələbə qazandım. İlk dövrədəki nəticələr ikinci dövrədə də təkrarlanır. Sanki qəribə turnir təsiri bağışlayır. Növbəti iki tur əvvəlki 8 turdan daha çətin olacaq. Turniri major notda bitirmək şansımız var".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.